12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

Elmar Baxşıyev: “Qəbələ”ni hesabdan silmək vaxtı deyil”

“Fikirləşdiyimiz kimi ağır oyun oldu. Hesab heç kimi aldatmasın. Hər iki komanda meydanda ən yaxşısını etməyə çalışırdı. Komandamı təbrik edirəm. Futbolçular xarakter göstərdilər. Onlar göstərdilər ki, “Qəbələ”ni hesabdan silmək vaxtı deyil". 

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 25-ci turunda səfərdə "Zirə"yə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Bu oyunu unudub qarşıdakı “Neftçi” ilə matça hazırlaşacağıq. İnanıram ki, komandam əlindən gələnin ən yaxşısını edib sonadək iddiasından əl çəkməyəcək. Çempionat başlayanda da, indi də avrokubokları düşünmürük. Alınarsa yaxşı olacaq. Alınmasa da bu komandaya da bir daha təşəkkür düşür ki, mövsümün gedişində zədəliklər ola-ola hər şeylərini meydanda qoymağa çalışırlar. Burdakı futbolçular böyük ürəyə malikdirlər. Xarakterimizi sonadək göstərməyə çalışacağıq. Bizi rəqiblər düşündürmür. Bizim hansı durumda olmağımız önəmlidir” - deyə o bildirib. 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30