Ölkə futbolu
Rəşad Sadıqov: "Nəticənin belə olacağını təsəvvür edə bilmirdim"
"Oyunun mahiyyəti çox böyükdür. Matça maksimum yaxşı hazırlaşmışdıq. Əslində nəticə bir az qəribə oldu. Oyunun gedişatı ilə nəticənin belə olacağını təsəvvür edə bilmirdim. İlk hissəni çox yaxşı keçirdik. Düzü oyuna tam fərqli başlayacağımızı gözləyirdim. "Qəbələ"nin oyuna daha çox nəzarət edəcəyini, hücumlar təşkil edəcəyini düşünürdüm. Amma əksinə oldu. Futbolçularım oyuna yaxşı başladılar, meydanda çox böyük üstünlüyümüz var idi".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 25-ci turunda "Qəbələ"yə 0:3 hesabı ilə uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında deyib.
O, əks hücumda buraxdıqları iki qoldan sonra oyunun gedişatını itirdiklərini bildirib: "Bir az futbolçularda inamsızlıq yarandı. Bəzən meydanda hər şeyi düz etməyinə baxmayaraq, hesabda geridə olmağın futbolçulara psixoloji cəhətdən mənfi təsir edir. Düşünürəm ki, “Qəbələ” layiqli qələbə qazandı. Bu oyunun nəticəsindən sonra avrokuboklara vəsiqə verən iki yer uğrunda 3 komanda arasında amansız, qırğın mübarizə gedəcək. Oyundan narazı qala bilmərəm. “Qəbələ” kimi rəqibə qarşı ilk yarıda dominant idik. Sadəcə, müəyyən bəsit mübarizələrdə uduzduq. 1:2 hesabı ilə uduzduğumuz matçın ssenarisinə bənzəyirdi. "Qəbələ"ni təbrik edirəm. Çox vacib və layiqli qələbə qazandılar. Bu nəticədən sonra "Sabah", "Qəbələ" və "Zirə" avrokuboklara mübarizə uğrunda son tura qədər mübarizə aparacaqlar. Qarşıda üç oyunumuz var. Bu matçlara köklənəcəyik".
R.Sadıqiv "Neftçi" ilə oyundakı yorğunluğun bu gün nə dərəcədə komandaya təsir etdiyi ilə bağlı sualı belə cavablandırıb: "Futbolçular təcrübəlidir. Bu gün hansı hesabla məğlub olsaydıq da, nəticədə 3 xal itirəcəkdik. "Qəbələ" birbaşa rəqibimizdir. Bərabərlik bizim üçün yaxşı nəticə olardı. Amma futbolda hər şey sən istədiyin kimi olmur. O ki, qaldı "Neftçi" ilə oyunun yorğunluğuna, fiziki cəhətdən biz bəlkə də rəqibdən daha yaxşı, dinamik, hərəkətli idik. Üstün oynayıb belə qollar buraxanda istər-istəməz komandaya psixoloji zərbə olur. 2:0 elə hesabdır ki, daha böyük qüvvə ilə hücuma getməlisən. Bəzi dəyişikliklər etdik, demək olar ki, müdafiəni unutduq. Risklər etdik, o da öz bəhrəsini vermədi. Əgər həqiqətən də Konfrans Liqasına getmək istəyiriksə, növbəti oyunlarda özümüzü yaxşı tərəfdən göstərməliyik".
"Zirə"nin baş məşqçisi Premyer Liqanın 26-cı turunda qarşılaşaqları "Qarabağ"la oyun haqda da danışıb: “Qarabağ”la niyə 4 gün sonra oynayırıq, bilmirəm. Mövsümün sonlarıdır, təqvimdə boş günlər tapmaq olar. Amma yenə də matça maksimum hazırlaşmağa çalışacağıq".
O, "Qarabağ"a çempionluq dəhlizi qurub-qurmayacaqları ilə bağlı bunları söyləyib: "İstəyir "Qarabağ" olsun, istəyir digər komandamız olsun, əgər elə bir ənənəmiz varsa, bizim üçün problem yoxdur. Düzü, bu haqda düşünməmişəm. Amma əgər belə bir ənənə varsa, prinsipial rəqibim olsa da, dəhlizi qurmağa qarşı deyiləm. Olsun".
R.Saqıdov Qarabağ"ın "qızıl dubl"una mane olub-olmayacaqları ilə əlaqədar suala cavab olaraq deyib: "Bizim kiməsə mane olmaq məqsədimiz yoxdur. Qarşıda hələ üç çempionat oyunu var, əvvəlcə bunları düşünürük. Meydana kiməsə mane olmaq üçün çıxmayacağıq. Hər bir komanda mövsümü titulla başa vurmaq istəyir. Amma ondan əvvəl çempinatda mübarizəmiz var".
"Zirə"nin çalışdırıcısı Azərbaycan kubokunun finalının Qəbələdə olmasının onlar üçün hər hansı təsiri olmadığını bildirib: "Xeyr, mənim üçün elə də fərqi yoxdur. Sadəcə olaraq son illərdə finalın bölgələrdə keçirilməsi ənənə halını alıb. Düşünürəm ki, Qəbələdə oynamaq daha maraqlı olar. Təbii ki, rahatlıq üçün hamı Bakıda olmağını istəyərdi. Yol qət etmək var, iqlim fərqlidir. Ola bilər ki, oyuna təsiri olsun. Amma əvvəllər də bu praktika olub. Qəbələdə, Naxçıvanda finallar keçirilib. Hələ ki, o haqda düşünməyin nə həvəsində, nə də marağındayam".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
10:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
12.11.2026
11.11.2026
10.11.2026
























