Ölkə futbolu
Qurban Qurbanov: “Qol epizodlarından istifadə edə bilmədik”
"Yeni mövsüm başlaması münasibətilə hər kəsi təbrik edirəm".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 1-ci turunda "Zirə" ilə səfərdə keçirilən oyundan (1:1) sonra mətbuat konfransında deyib.
- Futbolçularımdan razı qaldım. Xeyri rotasiya eləmişdik. Amma kifayət qədər qol epizodlarından istifadə edə bilmədik. Fərqli, meydanın hər qarışı uğrunda mübarizə aparan komandaya qarşı oynadıq. 1 xal qazandıq. Belə təşkilatçılıqla bütün matçlara çıxsaq, daha yaxşı nəticə əldə edəcəyik. Sıx qrafik olsa da, öz oyunumuzu qoruyub saxlaya bildik. Rəşad Sadıqova və komandasına uğurlar arzulayıram. Xeyli vaxt idi Premyer Liqada azarkeş görmürdük. Bu amil bu gün futbolçularda istək yaratdı.
- Penatiyə səbəb olan Bəhlul Mustafazadənin oyunundan razı qaldınız? Onun perspektivini nə qədər görürsüz?
- Penalti epizodu xırda detallardır. Bəhlulun 90 dəqiqə meydanda qalması böyük risk idi. Maksimin əvvəlki matçın axırlarında ayağında problem olmuşdu. Bəhlul çoxdan idi məşq etmirdi. 90 dəqiqə oynaması risk idi. Amma sona qədər dözdü. Onun üstün cəhətləri var. Çatışmayan cəhətlərini də aradan qaldırmağa çalışacağıq. Ona tələblərim çox olacaq, böyük ümid bəsləyirəm. Güvənim çoxdur. Qarşıdakı oyunlarda daha yaxşı Bəhlul görəcəyik.
- "Aberdin" haqda nə düşünürsüz?
- Qrupa düşmək üçün əlimizdən gələni edəcəyik. Onların oyununa baxmışam. Daha çox güc sərf etməli olacağıq. Çox təcrübəli futbolçuları olan fərqli rəqibdir.
- Hücumçu problemini nə vaxt həll edəcəksiniz?
- Bu mövzu həddən artıq böyüyüb. Ümumiyyətlə, hücumçu barədə bütün komandaların məşqçilərinə sual verilir. Ona görə yox ki, bizim oyunçularımız bacarıqlı deyil. Sadəcə, futbolçularımızın sayının çox olmasını və yaxşı çempionatlardan oyunçu gətirmək istəyirik. Biz bir neçə mövqeyə oyunçu axtarışındayıq. Bu, bəlkə futbolçularımın üzərində də təzyiq yaradır. Düşünə bilərlər ki, bəlkə onlardan razı deyilik. Amma mən onlardan razıyam. Təbii ki, daha yaxşısını axtarmalıyıq, hər mövqeyi yaxşılaşdırmalıyıq. Əlimdə olan futbolçularla həm çempionluğa, həm də avrokuboklarda qrupa düşmək gücündəyik. Hər bir oyunçunun üstün cəhətləri var. Biri usta olur, biri daha istəkli olur. Transfer üzərində iş gedir.
- Ramil Şeydayevi yenidən komandaya qaytardınız. Onu öz istəyinizlə götürdünüz, yoxsa ortada qalmaması üçün bunu etdiniz?
- Mənim hansısa qərarıma şübhəniz var? Ramil Şeydayev Azərbaycan futbolçuları içində 3 nəfərdən biridir. Bizdə Mahir Emreli və əcnəbi hücumçular da var idi. Həmin vaxt da Ramilin 21-22 yaşı var idi. Bacarmadı deyə komandadan göndərmək fikri ilə razı deyiləm. Bizdən böyük nəticələr tələb olunur. Hər hansısa potensiallı futbolçunu inkişaf etdirmək şansımız varsa, bundan maksimum yararlanırıq. Legionerlə yerli oyunçu arasında cüzi fərq varsa, mütləq yerliyə üstünlük verirəm. Ümumilikdə 30-40 futbolçumuz var. Limiti dəyişək, ancaq legionerlər oynasın. Nə qədər gücüm, imkanım var, hər bir yerli futbolçuya şans yaradacağam. Ramildə perspektiv gördüyüm üçün onu komandaya qaytarmışıq. Elə futbolçu var ki, mövsümdə 3 dəfə meydana çıxır və istəyini həmin 3 görüşdə də həll edir. Nə qədər bacarırsamsa, öz futbolçularımızı qoruyacağam. İstəmədiyim futbolçu mənim komandamda olmur. Sadəcə, mövsümboyu bəziləri əsas heyətdə olur, bəziləri 5 oyun meydanda olur. Ramilin hər iki matçdakı iki assistinə baxın. Hər iki halda səhv etmirəmsə, Zubir vura bilmədi. Azarkeşlərimizi başa düşürəm, hörmətlə yanaşıram. Belədirsə, 11 legionerlə oynayaq. Biz "Qarabağ"ıq, Avropaya çıxanda heyətində minimum 4-5 yerli ad olmalıdır. Çox şeyi açıqlamaq istəmirəm. Bəzi məqamlarda güvənmək lazımdır.
- Britaniya klublarına qarşı fiziki cəhətdən problemlər yaşamısınız. Bununla bağlı narahatlıq var?
- Fiziki deməzdim. Bəli, atletik futbol oynayırlar. "Aberdin" hər komandaya qarşı fərqli oyun sərgiləyir. Bəzən 4-lü, bəzən 5-li müdafiə olunur. Məni bu narahat edir. Həmin görüşlər futbolçularımın inkişafına böyük fayda verə bilər. Rəqib gözləmədiyin oyunlar oynaya bilir. Bunların hamısına hazır olmalıyıq. Standart vəziyyətlərdə çox təhlükəlidirlər. Fiziki göstəricilərə yox, düşünülmüş epizodlara görə təhlükəlidirlər. Həm özümə, həm də futbolçularıma inanıram (apasport.az).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- Millimizdən 5 qollu məğlubiyyət
- "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
- Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
- Litva millisi Bakıya böyük hesablı qələbə ilə gəlir
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Azərbaycan millisi bu dəfə qapısında 8 qol gördü
- “Sumqayıt”ın məşqçi heyəti Qanvermə aksiyasında iştirak edib
- Entoni Doherti Azərbaycan millisinə vurduqları 5 qoldan danışdı
- U-21 millimiz Şotlandiyada "5 aldı"
- Azərbaycan Basketbol Liqasının qalibi 1 milyon 400 min manat mükafat qazanacaq
-
23:09
"Turan tovuz" 3 xalı 3 qolla qazandı VİDEO
-
22:51
Azərbaycan cüdoçusu İtaliyada Avropa çempionu olub
-
21:44
Prezident İlham Əliyev İspaniya millisini belə mükafatlandırdı FOTOLENT
-
21:17
Kurban Berdıyevdan qələbə şərhi
-
20:25
“Turan Tovuz” “Sabah”ı məğlub etdi
-
19:36
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
-
19:00
İspaniya millisi Bakıda dünya çempionu oldu
-
18:42
II Liqada həftənin hakimləri
-
18:05
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
-
17:18
Tovuzda heyətlər açıqlandı
-
16:59
Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
-
16:33
Zəngilanda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
-
15:24
Sabiq “Sumqayıt”lı Hindistan klubunda
-
14:41
AMADA antidopinq təhsilində süni intellektin tətbiqi ilə bağlı beynəlxalq vebinarda təmsil olunub
-
14:15
Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb
-
13:57
Famil Xəlilov: “Əsas işi klublar görməlidir”
-
12:36
DÇ: Millimiz Əfqanıstana uduzdu, 84-cü oldu
-
12:00
"Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib
-
11:25
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
-
11:12
“Marafon”dan ilk
-
10:48
Denis Marandiçi: “Ağır zədədən sonra mübarizələrdən qorxmuram”
-
10:23
Ronaldo het-trik etdi VİDEO
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:54
Zamiq Əliyevin komandası liderliyə yüksəldi
-
09:31
"Fiorentina" - "Atalanta" matçında 4 qol VİDEO
-
09:17
Cüdoçularımızın Avropa çempionatındakı ilk rəqibləri müəyyənləşib
-
09:00
"Turan" Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
21:39
Stoiçkov Bakıda 120-dən çox uşağın iştirak etdiyi futbol festivalına qatıldı
-
20:52
Rəşad Yelkiyev "Böyük Dəbilqə" turnirində bürünc medala sahib çıxıb
-
20:31
Millimiz Vyetnama məğlub oldu
-
19:00
Balabəy Ağayev Əbu-Dabidə qızıl medal qazanıb
-
18:43
Könül Əliyevadan "Böyük Dəbilqə"də tarixi nəticə
-
18:25
“Neftçi” "Şamaxı" ilə oyunun hazırlığını davam etdirir
-
17:16
1/8 finalın bütün cütləri bilindi
-
16:54
Azərbaycan kubokunda II mərhələyə yekun vuruldu
-
16:37
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib
-
16:08
Xristo Stoiçkov Bakıda
-
15:25
Azərbaycan millisi Asiya Kubokunda qızıl medal qazanıb
-
14:42
Azərbaycan klubunun kapitanı FIBA Avropa Kubokunda tarixi nəticəyə imza atıb
-
14:19
Dünya çempionatı: üç güləşçimiz uduzdu
-
13:51
Azərbaycanda məşqçilər üçün adaptiv cüdo üzrə kurs keçirilir
-
13:00
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
-
12:43
"Yuventus" səfərdə xalsız qaldı VİDEO
-
12:28
X turun hakim təyinatları açıqlandı
-
11:56
Azərbaycanlı gənc futbolçu İspaniya klubunda
-
11:34
"Napoli"dən 4 qollu qələbə VİDEO
-
11:17
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Yaxşı mənada təəccübləndirdilər”
-
10:45
"İnter" sonda sevindi VİDEO
-
10:22
Bədavi Hüseynov: “Neftçi” ilə oyunda qazanılan xal qızıla bərabərdir”
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
30.10.2026
29.10.2026
























