Ölkə futbolu
Samir Abasov: “Kişiliyimizi, xarakterimizi ortaya qoyduq”
"Cütün taleyinin həll olunduğunu demək yalan olar. Bu, hələ ilk oyunun nəticəsidir. Rəqib hər oyuna çempionluq uğrunda çıxdığı halda, biz yalnız yoxlama oyunlarına çıxmışdıq. Yoxlama və rəsmi matçların fərqini gördünüz".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Gürcüstan paytaxtında "Dinamo"ya 2:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk görüşündən sonra mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis bildirib ki, xarakter hesabına qələbə qazanıblar: "Futbolçularıma təşəkkür edirəm ki, sonadək dözdülər. Amma ikinci oyunumuz var. Cavab görüşünə ciddi hazırlaşmalıyıq. Doğrudan da ciddi rəqibə tuş gəlmişik. Bakıdakı qarşılaşmaya daha yaxşı hazırlaşmalıyıq. Kişiliyimizi, xarakterimizi ortaya qoyduq".
Abasovun fikrincə, yeni futbolçular hələ adaptasiya keçməyiblər. O, cavab görüşündə hər şeyin yaxşı olacağına inam ifadə edib: "Bakıda çox şeyi dəyişməliyik. Bugünkü qarşılaşma cavab oyununda keçərli olmayacaq. Belə çıxış etməli deyilik. Bugünkü oyunu gərginliklə əlaqələndirmək olar. Çox şeyi dəyişməliyik. Topa daha çox nəzarət etməliyik".
Baş məşqçi Sezar Meza Kollidən razılığını bildirib: "Onun nə dərəcədə keyfiyyətli futbolçu olduğunu siz daha yaxşı bilirsiniz. İnanıram ki, tezliklə istənilən oyunu sərgiləyəcək".
İlk yarıdan sonra bəzi futbolçulara daha diqqətli oynamalarını tapşırdığını deyən Abasov onların rəqibə qol imkanı verməmələrini istədiyini söyləyib: "Bəzən müdafiədə yox, daha irəlidə oynayan futbolçularda xaos var idi, boş yerləri düz bağlamırdılar. Bəzi mövqelərimizdə, xüsusən müdafiədə rəqabətsizlik mövcuddur. Voislav Stankoviç zədələnəndə ayağını, biz isə başımızı tutduq. Amma Namik Ələskərovun performansı bizi sevindirir. Hər qol vurduqca özünə inamı artır. Bütün komanda üzərinə düşənin öhdəsindən gəlməyə çalışır. Amma yenə deyirəm, biz çox şeyi dəyişməli, güclənməliyik. Amma bunlar bu günün işi deyil".
Baş məşqçinin sözlərinə görə, "Dinamo"nun futbolçularının nəyə qadir olmalarından xəbərdar imişlər: "Rəqib irəli daha güclü açıldıqda biz sürətli əks-hücumlar hesabına qollar vura bilərdik. Bunlar transferlərin azlığı ilə əlaqədardır. Mən sizə hansı oyunçularla adbaad danışdığımızı deyə bilərəm. Amma onlarla danışıqlar müsbət nəticələnmədi. Gəlin, bu barədə burada danışmayaq, Vətənimizdə söhbət edərik".
Abasov ötən gün mətbuat konfransında gərgin görünməsi fikri ilə razılaşmadığını bildirib: "Dünən də mənə kimsə bunu demişdi. Bu oyundan sonra çox şeyləri dəyişməliyik. Siz məndə gərginlik görmüsünüzsə, elə düşünün ki, bugünkü qələbədən sonra gərginliyim ikiqat artıb. Çempion heyət də qalsaydı, eyni əziyyəti çəkəcəkdik. Doğrudan da rəqib təqdirəlayiqdir" (“Report”).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
-
10:17
Yenidənqurmadan sonra Xankəndidə keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlandı
-
09:52
İslam Nəcəfquliyev və Vilayət Rəhimli beynəlxalq hakimlik dərəcəsi əldə ediblər
-
09:30
Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyada təlim-məşq toplanışına başlayıblar
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
11.11.2026
10.11.2026
09.11.2026
























