Ölkə futbolu
Yaşar Vahabzadə: "Neftçi"nin çempion olmasını istəyirəm"
"Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadənin müsahibəsi
- "Kəpəz"in birinci divizionda başa çatan mövsümdəki çıxışını necə dəyərləndirirsiniz?
- Çıxışımızı qənaətbəxş hesab etmirəm. Üçüncü dövrəni yüksək səviyyədə keçirmədik. Bunun da obyektiv və subyektiv səbəbləri var. Amma komanda çempionata yaxşı başlamışdı, kubok oyunları da yaxşı səviyyədə keçirdi. Növbəti dövrədə komandada eniş baş verdi. Ümumiyyətlə, komanda bacardığından zəif çıxış etdi.
- Enişin səbəbini nədə görürsünüz?
- Buna səbəb kimi bir çox amillər var. Əksər futbolçumuz gənc idi, psixoloji cəhətdən də tam hazır deyildilər. Kubokda yaxşı oyun göstərdilər və bir az da arxayınlıq əmələ gəldi. Düşündülər ki, Premyer Liqa komandasını məğlub edəndən sonra divizionda oynamaq rahat olar.
- Bir ara xəbərlər yayılmışdı ki, klubda kimlərləsə münasibətiniz pisdir, komandadan ayrılmaq istəyirsiniz.
- Mənim münasibətim hər kəslə yaxşıdır. Bu barədə bir söz deyə bilmərəm. Amma klubla müqaviləm davam edir. Yaxın günlərdə rəhbərliklə görüş olacaq. Ondan sonra qərar veriləcək.
- “Kəpəz”də çalışdığınız bu müddət ərzində yerli futbolçular üzə çıxara bilmisiniz?
- Mən əsasən gənclərlə üstünlük vermişəm. Hər oyun 7-8 gəncəli futbolçu oynayırdı. Bu gün də 3 futbolçumuz aşağı yaş qrupları üzrə Azərbaycan milli komandasının şərəfini qoruyur. Bunun özü bir göstəricidir. Digər futbolçularımız da milli komandanın məşqçilərinin nəzarətindədir. "Kəpəz"in bu mövsüm ən böyük qazancı bu futbolçular oldu.
- Nəzərə alsaq ki, birinci divizion perspektivsizdir, buna görə orada mübarizə aparmaq sizə çətin olmur?
- Elə deməzdim. Buradan aşağı yaş qrupları üzrə Azərbaycan milli komandalarına futbolçular cəlb olunursa, demək ki, zəif liqa deyil. İkincisi də, çempionatın gedişi də gözlədiyimiz kimi olmadı. Amma Premyer Liqaya qalxmaq üçün klubun şəraiti olmalıdır, infrastrukturu olmalıdır.
- “Kəpəz”in şərait Premyer Liqada çıxış etməyə imkan verirdi?
- Maliyyə vacib amildir. Amma bizim yaxşı meydanaçımız var, yüksək vəziyyətdədir. Əlavə süni meydançamız da var, məşq edirik. Amma baza da lazımdır. Yaxşı səviyyəli baza. Bu baxımdan götürəndə Gəncədə baza yoxdur. Bu şərait olandan sonra Premyer Liqadan danışmaq olar. Futbolçuya ilk növbədə şərait yaratmaq lazımdır.
- Komanda daxilində elitaya çıxmaq istəyi necədir?
- Əlbəttə bu, hər bir komandanın arzusudur. Dediyim kimi, buna hazırlaşmaq lazımdır. Hazırlıqsız gəlmək çox çətindir. Həm məşqçilər üçün, həm də futbolçular üçün şərait olmalıdır. Bunlar olandan sonra düşünmək olar.
- Mövcud vəziyyət azarkeşlərə necə təsir edir?
- Təbii ki, pis təsir edir. Onlar komandanı hər il elitada görmək istəyir. Sadəcə, məlum məsələlərdən xəbərdar olan var, olmayan var. O məsələlər ki, hazırda sizinlə danışırıq. Gəncə azarkeşləri çox istəyir ki, “Kəpəz” Premyer Liqada mübarizə aparsın və onlar buna layiqdir. Amma əvvəlcə şərait lazımdır.
- Premyer Liqa çalışmaq istəyirsiniz?
- Hələ təklif gəlməyib. Gəlsə, fikirləşərəm.
- Hazırda Premyer Liqanın sonuna 2 tur qalıb. Birincilik uğrunda mübarizə gərginləşib...
- Nəinki birinci və ya ikinci, elə üçüncü, dördüncü yerlər uğrunda da gərgin mübarizə gedir. Çempionatda yaxşı mübarizə var. Hələ bilinmir kim neçənci yeri tutacaq. Axırıncı oyunlar çox çətin olacaq. Kim psixoloji cəhətdən hazırdırsa, o da qalib olacaq.
- Hansı komandanın çempion olmasını istərdiniz?
- Əlbəttə "Neftçi"nin çempion olmasını istəyirəm. Çünki illərlə o komandanın şərəfini qorumuşam. Bu il də çempionluğa yaxındır. Təbii ki, "Qarabağ"da bizimdir, bura Azərbaycan çempionatıdır. Sadəcə, futbolçu kimi məni "Neftçi" Azərbaycana tanıdıb. Onlara və ümumiyyətlə hər bir komandaya uğurlar arzu edirəm (qol.az).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
11:00
"Turan" Çempionlar Liqasında növbəti oyununa çıxır
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
-
12:08
UEFA-dan Babək Quliyevə yeni təyinat
-
11:54
"Latsio" liderliyini davam etdirir VİDEO
-
11:36
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:19
"trabzonspor"un qələbəsi VİDEO
03.11.2026
02.11.2026
























