3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

"Zirə" - "Qəbələ": 25-ci duel

Azərbaycan Premyer Liqasının XXVI turu çərçivəsində “Qəbələ” “Zirə” ilə görüşəcək.

Futbolxeber.az-ın “Qəbələ”nin saytına istinadən verdiyi məlumata görə, Zirə İdman Kompleksinin stadionunda təşkil olunacaq matç iki rəqib arasında 25-ci duel kimi tarixə düşəcək.

Əvvəlki 24 qarşılaşmada 9 qələbə qazanan “Qəbələ” üstünlüyə malikdir. 10 heç-heçəsi olan komanda 5 dəfə məğlub olub. Baş tutan görüşlərdə 33 qol vuran “Qəbələ” öz qapısından 22 top buraxıb.

“Qırmızı-qaralar”ın bu oyunlarda ən yaxşı bombardiri Aleksey Qaydır. Ukraynalı yarımmüdafiəçi “Zirə” ilə matçlarda 4 qola imza atıb. Ermin Zets 3, Teo Uiks, Filip Ozobiç, Stiven Monroz, Davit Volkov, Rövlan Muradov və Fernan Lopez hərəyə 2 qola sevinib.

Əvvəlki 24 qarşılaşmadan 22-si çempionat, 2-si kuboka təsadüf edib. Premyer Liqa çərçivəsində baş tutan 22 görüşdən yeddisində 3, onunda 1 xal əldə edən “Qəbələ” 5 dəfə uduzub. Komanda 26 qol vurduğu matçlarda 20 top buraxıb.

13-cü dəfə “Zirə”nin qonağı olacaq “qırmızı-qaralar” bu rəqiblə səfərdə 12 matç keçirib. “Qəbələ” rəqib meydanındakı matçlarda eyni sayda - 4 dəfə qələbə, heç-heçə və məğlubiyyət qeydə alınıb. “Qırmızı-qaralar” bu görüşlərdə 15 qol vurub və 13-nü buraxıb.

Xatırladaq ki, mayın 9-da keçiriləcək “Zirə” - “Qəbələ” matçı saat 18:00-da başlayacaq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31