Ölkə futbolu
Aftandil Hacıyev: “Daha yaxşı nəticələr üçün...”
“Səbail”in baş məşqçisi Aftandil Hacıyev klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:
- İrəlidə 4 vacib oyun oyun var. Gözləntiləriniz nələrdir?
- Hər oyuna qələbə əzmi ilə çıxırıq. Növbəti oyunlarda da çalışacağıq ki, meydanda mübariz komanda görək. Düşdüyümüz durumdan çıxmaq üçün mütləq qarşıdakı oyunlarda xal qazanmaq lazımdır.
- Yerli və gənc futbolçulara göstərdiyiniz diqqət göz qabağındadır. Gələcəkdə akademiyanın yetirmələrindən əsas komandaya cəlb olunan futbolçular olacaq?
- Bu il daha çox yerli futbolçulara üstünlük verdik. Bu istiqamətdə işlərimiz hələ də davam edir. “Səbail”in Futbol Akademiyasının istedadlı oyunçularını hər zaman diqqətdə saxlayırıq. Azərbaycan U-19 milli komandası ilə baş tutan yoxlama görüşünə də akademiyanın oyunçularını cəlb etdik. Çalışırıq ki, əsas komandada öz yetirmələrimizə daha çox şans verək.
- Sizin fikrinizcə, mövsümdə keçirdiyiniz uğurlu oyunlar hansı idi?
- Bu mövsüm bir neçə uğurlu oyunumuz olub. “Sabah”la evdə qələbə qazandığımız oyun və “Qarabağ”la baş tutan hər iki görüşü qeyd edə bilərəm. Uğurlu oyunların sayının artması üçün çalışırıq.
- Hazırda komandada ən yaxşı formada çıxış edən futbolçu kimdir və ya kimlərdir?
- Bu günə qədər komandanın heyətində ən çox oyun keçirən gənc futbolçulardan biri Turan Manafovdur. Güvəndiyimiz oyunçulardan biridir ki, hər oyunda iştirak edib. Heyətimiz onsuz da geniş deyil. Buna görə də hər bir futbolçuya şans veririk. Çalışırıq heyətdə dəyişiklik edək ki, heç biri oyun praktikasından əziyyət çəkməsin. Statistikaya nəzər yetirdikdə, ən çox oyun keçirənlərin məhz gənc futbolçular olduğunu görürük.
- Qarşıda “Qəbələ” ilə vacib oyun var. Turnir cədvəlində yuxarı pillələrə qalxmaq üçün xala ehtiyacımız var. Bu oyuna xüsusi hazırlıq gedir?
- Hər oyuna ciddi yanaşırıq. Futbolçuları rəqibin xüsusiyyətlərinə görə kökləməyə çalışırıq. “Qəbələ” də oyunu ilə rəğbət qazanan komandadır. Bilirik ki, bizi çətin rəqib gözləyir. Artıq mövsümün bitməyinə 4 tur qalıb. Buna görə də hər xal önəmli sayılır və səhvə yol verilməməlidir. “Qəbələ” ilə oyunda istədiyimiz xalı qazanmaq üçün çalışacağıq.
- Mövsümün sonuna 4 tur qalıb, artıq bitmək üzrədir. Bu mövsümü necə dəyərləndirirsiniz?
- Ümumiyyətlə, mövsümə bütün klublar çətin durumda başladı. Sevindirici hal o oldu ki, koronavirus pandemiyası səbəbilə futbolda yaranan fasilə bitdi. Üzən hal isə sadəcə oyunların azarkeşsiz keçirilməsidir. Daha uğurlu çıxış etmək üçün heyətdə rəqabəti artırmağa ehtiyac var. Rəqabətin az olması daha uğurlu çıxış etməyimizin qarşısını alır. Oyun baxımından ilk dövrəni yaxşı keçirdik. İkinci dövrəni bəlkə də ən zəif dövr hesab etmək olar. Çünki az xal qazandıq. Bəzi oyunlarda, bəzi futbolçuların təcrübəsi çatışmadı ki, istədiyimiz xalları qazana bilək. Qış fasilədən sonra isə oyunları qənaətbəxş saymaq olar. Daha yaxşı nəticələr üçün növbəti oyunlarda maksimum xal qazanmalıyıq ki, turnir cədvəlində yuxarı pillələrə qalxaq.
- “Səbail” mövsümdə çətinliklərlə üzləşsə də, mübarizəsini sonadək davam etdirir. Oyunlar, xallar, qələbə və məğlubiyyətlərdən əlavə belə vəziyyətdə komandanın hər oyunda əzmkar mübarizə aparmasının əsas səbəbi nədir?
- Düşünürəm ki, klubun heyəti sağlamdır. İstər işçi heyəti, istər məşqçilər korpusu, istərsə də futbolçular arasında olan ünsiyyət çətinlikləri arxada qoymağa şərait yaradır. Xüsusən də rəhbərlik, işçi heyəti və məşqçilər korpusunda sağlam heyətin formalaşması əzmlə mübarizə aparmağımıza təsir edən əsas amillərdən biridir.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
11:00
"Turan" Çempionlar Liqasında növbəti oyununa çıxır
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
-
12:08
UEFA-dan Babək Quliyevə yeni təyinat
-
11:54
"Latsio" liderliyini davam etdirir VİDEO
-
11:36
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:19
"trabzonspor"un qələbəsi VİDEO
03.11.2026
02.11.2026
























