19 Mart 2026, Cümə axşamı
Andrey Demçenkodan qələbə şərhi
“Araz-Naxçıvan”dan vacib qələbə
Ayın qolunun müəllifi mükafatlandırıldı
25-ci turun hakim təyinatları

Ölkə futbolu

“Qarabağ” üçün şad xəbər

“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade zədəsini sağaldıb.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Kabo-verdeli futbolçu Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Sumqayıt”la cavab qarşılaşmasına tam olmasa da, hazır olduğunu deyib:

“Premyer Liqanın 23-cü turunda “Səbail”lə matçdan sonra sol ayağımın arxa tərəfində ağrılar hiss etməyə başladım. MRT-dən (Maqnit Rezonans Tomoqrafiya) sonra məlum oldu ki, birinci dərəcəli yırtıq var. Bu səbəbdən bir neçə oyunu buraxmalı oldum. Artıq komanda ilə məşqlərə başlamışam. Özümü normal hiss edirəm. Baş məşqçimiz şans verərsə, meydana çıxmağa hazıram”.

Aprelin 29-u Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Sumqayıt” görüşü saat 17:00-da başlayacaq. Sumqayıtda keçirilən ilk oyun qolsuz başa çatıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31