Ölkə futbolu
“Kim istəmir ki, tarixə düşsün?”
"Oyunun gərgin keçəcəyini gözləyirdik. Çünki əbəs yerə buna 6 xallıq matç demirdilər. Amma həqiqətən də iki komandaya da təbrik düşür. Birinci saniyədən, sonuncu saniyəyədək meydanda kəskin mübarizə oldu".
Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "Zirə" ilə qolsuz heç-heçə etdikləri Premyer Liqanın 24-cü tur oyunundan sonra mətbuat konfransında deyib.
O bildirib ki, bir qol matçın taleyini həll edə bilərdi: "Hər iki komanda ehtiyatı əldən vermək istəmirdi. Bizim də, rəqibin də qol epizodları oldu. Qarşılaşmadan razı qaldım, futbolçuları təbrik edirəm. Sıx qrafikdə tempi saxlamaq çətindir. Biz futbolçuarı qorumaq üçün nələrsə edirik. Hər xal bizi yuxarı aparır. Çalışacağıq ki, sonadək mübarizə aparaq".
Abbasov görüşdə narazı qaldığı məqamların da olduğunu diqqətə çatdırıb: "Bunları analiz edirik. Bəzi futbolçulardan çox şey gözləyirik. Bu gün son ötürmələrdə gecikmələr oldu. Bunları daha yaxşı edə bilərdik. Həqiqətən istədiyimiz hücumları gördük. Rəqibi də yaxşı analiz etmişdik. Onlar son 3 matçı tamam başqa cür oynayıblar. Baş məşqçi Rəşad Sadıqov dəyişikliklər etməyi xoşlayır. "Zirə"nin kubok matçına da baxdıq. Orada izlədiklərimizi bu gün meydanda gördük. Rəqibə qarşı düzgün oynamaq önəmlidir".
Baş məşqçi ilk hissədə Rəşad Sadıqovla dialoquna da toxunub: "Bu elə də ciddi gərginlik deyildi. Anlaşmazlıq oldu. Çünki rəqibin futbolçusu da eyni sözü işlətmişdi. Uzaqda idim və Rəşadın səsini eşitməmişdim. Hakimin hansısa qərarına mən və rəqib baş məşqçi də etiraz edirdi. Bunlar olmasa, çempionatın gözəlliyi olmaz. Hər iki mütəxəssis qələbə qazanmaq istəyir. Biz hər şeyin pərdəsini bilirik. Rəşadla bir-birimizi uşaqlıqdan tanıyırıq. "Dır-dır" oynayanda da mübahisələr olur. Bu, normaldır".
Mütəxəssis Zirə səfərindən bir xalın pis nəticə olmadığını sözlərinə əlavə edib: "Üçüncü yer üçün iddiamızı qoruyuruq. Hər iki komandanın qarşıda çətin oyunları var. Onlar da bizim kimi kubokda da mübarizə aparırlar. İkimizin də üçüncü bürünc medal qazanmaq şansı var. Vuruşacağıq. Bu dəqiqə hansısa komandada böyük üstünlük yoxdur. "Zirə" az qol buraxan komandadır. Səhv etmirəmsə, böyükhesablı məğlubiyyəti yalnız "Neftçi" ilə matçda alıb. Bu rəqib komanda şəklində yaxşı müdafiə olunur".
Abbasov sonadək mübarizə aparacaqlarını deyib: "Oyunun hakimləri var. Əgər kimsə, kobud oynasa baş hakim qərar verəcək. Məncə, futbol mübarizə oyunudur. Mübarizədən kəçinməyəcəyik. Bəlkə bundan da artığını edəcəyik. Nəticə qazanmaq istəyiriksə, meydanda mübarizə aparmalıyıq. Bəzi komandaların universal oyunçuları var. Biz elə komanda deyilik. Mübarizə aparan kollektivik".
Baş məşqçi "Sumqayıt"ın qarşısına hansısa hədəfin qoyulmadığını vurğulayıb: "Qarşıma hədəf qoyulsa, mənim də şərtkərim olar. Hədəflərdən biri mübariz komanda yaratmaqdır. Bu gün komandamız göz önündədir. Gəncləri yetişdirmək istəyirik və milliyə oyunçular veririk. Hansısa baş məşqçi nəticə istəmədiyini deyirsə, səmimi olmaz. Biz də nəticə və avrokuboka vəsiqə istəyirik. Bəzi klublar avrokuboklara düşə bilmir və ruh düşkünlüyü yaranır. Çünki onların büdcələri və şəraiti buna hazırlanıb. Bu gün bürünc medal qazansaq, "Sumqayıt"ın tarixinə düşərik. Kim istəmir ki, tarixə düşsün? Alınmasa, məyus olmayacağıq. İlk "4-lük"də yer almaq da bizim üçün böyük uğur olacaq" (“Report”).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
11:00
"Turan" Çempionlar Liqasında növbəti oyununa çıxır
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
-
12:08
UEFA-dan Babək Quliyevə yeni təyinat
-
11:54
"Latsio" liderliyini davam etdirir VİDEO
-
11:36
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:19
"trabzonspor"un qələbəsi VİDEO
03.11.2026
02.11.2026
























