12 Avqust 2026, Çərşənbə
"Sumqayıt"dan növbəti transfer
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da

Ölkə futbolu

Honda: “Milan”dan zəng gələndə bir saniyə belə çəkinmədim”

“Milan”dan zəng gələndə bir saniyə belə çəkinmədim. Bir neçə il əvvəl “Latsio”ya keçməyə yaxın idim, lakin klubum ÇSKA bu təklifi rədd etdi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin futbolçusu Keysuke Honda "La Gazzetta dello Sport"a müsahibəsində deyib.

"Milan"a keçidi barədə danışan Yaponiya millisinin sabiq üzvü o dövrdə İtaliya klubunda vəziyyətin yaxşı olmadığını bildirib: "Milan"ın ən yaxşı futbolçuları almaq üçün pulu yox idi. Strategiya aydın deyildi, çünki 3 aydan bir yeni baş məşqçi gəlirdi. Belə vəziyyətdə nəticələr qazanmaq mümkün deyil".

Honda "Milan"ın isveçli hücumçusu Zlatan İbrahimoviçlə görüşmək istədiyini deyib: “İbrahimoviçlə heç vaxt görüşməmişəm, amma bunu çox istərdim. Onun böyük bir futbolçu olduğunu düşünürəm və onun haqda daha çox şey bilmək istərdim. Hələ də “Milan”ı izləyirəm. Ümid edirəm ki, skudettonu qazanarlar”.

Qeyd edək ki, Honda 2014-2017-ci illər aralığında “Milan”da çıxış edib. Yaponiyalı yarımmüdafiəçi “Neftçi” ilə mövsümün sonuna qədər müqavilə imzalayıb ("Report").








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31