5 May 2026, Çərşənbə axşamı
"Neftçi"nin şikayəti təmin edilmədi
Rəşad Sadıqovdan qələbə şərhi
Sxadadze: “Bəsit qol buraxdıq”
“Zirə" "Qəbələ"yə qalib gəldi

Ölkə futbolu

Qarayevin yubileyi

“Qarabağ”ın futbolçusu Qara Qarayev Azərbaycan Premyer Liqasında 250-ci oyununu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, yubiley XX turun “Sabah”la görüşünə (2:0) təsadüf edib.

Bu matçadək 249 qarşılaşmada iştirak edən yarımmüdafiəçi keçirdiyi 250 oyunda 3 qol vurub.

Qara ölkə çempionatlarında yalnız bir klubun formasını geyinib. O, “Qarabağ”ın heyətində 250 çempionat görüşünə çıxan 3-cü futbolçu olub. Onadək yalnız Maksim Medvedevlə Aslan Kərimov bunu bacarıb.

Qeyd edək ki, Qarayev Azərbaycan çempionatında 2008/09 mövsümündə debüt edib. O, 2009-cu il aprelin 11-də “Muğan”la səfər görüşünün (2:1) uzatma dəqiqələrində meydana çıxıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31