Ölkə futbolu
Ramin Musayev: “Bu barədə hər il danışılır, amma...”
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin müsahibəsi
- Azərbaycanda yeni mərc oyunları operatoru fəaliyyətə başlayır. Yeni mövsümdən Premyer Liqaya məhz həmin şirkətin sponsorluq edəcəyi ilə bağlı xəbərlər dolaşır. Yayılan məlumatlar nə dərəcədə həqiqətə uyğundur?
- Bu barədə biz tərəfdən heç bir söhbət, danışıq olmayıb.
- Ümumiyyətlə, sponsorla bağlı məsələ nə yerdədir?
- Hələ ki, sakitçilikdir. Yenilik yoxdur.
- Azərbaycan kubokunun final matçının harada keçiriləcəyinə qərar verilib?
- Hələ qərar verməmişik. Ötən il qərarlaşdırdıq, kubok matçları ləğv edildi. Düşər-düşməzi olar. Gəlin, bir az gözləyək (gülür). Yəqin ki, Naxçıvana getmək çətin olacaq. Amma digər bölgələrin birində keçirilə bilər. Final görüşünü Bakıya salsaq, Masazırdakı "Bank Respublika Arena"da olacaq.
- 2021/2022 mövsümündən Premyer Liqada komanda sayının artırılacağı və çempionatın 10 klubun iştirakı ilə keçiriləcəyi gözlənilir. Bununla bağlı hər hansı yenilik varmı?
- Bu barədə hər il danışılır. Amma hər şeyi zaman, imkan və şərait həll edir. Bu gün üçün planda 10 komanda ola bilər. Amma həmin vaxt hansısa sıxıntı, problem ortaya çıxsa, yenə yalançı olacağıq, mətbuat üstümüzə gələcək.
- PFL prezidenti olaraq I Divizion təmsilçilərindən hansıları Premyer Liqaya daha çox layiq görürsünüz?
- Gəlin, ad çəkməyək. Amma inandırım sizi ki, bəzən aşağı dəstədə elə oyunlar olur ki, Premyer Liqa matçlarından heç də geri qalmır. PFL-in çəkiliş qrupu var, divizion oyunlarının 60 - 70 faizini canlı izləmək olur.
- Bu mövsüm son illərlə müqayisədə Premyer Liqada intriqa daha yüksəkdir. 17 turdan sonra "Neftçi" və "Qarabağ" 33 xalla 1 - 2-ci yerləri bölüşdürür. Siz hansı komandanı çempionluğa daha yaxın hesab edirsiniz?
- Siz iki komandanı qeyd etdiniz, amma "Zirə"nin adını çəkmədiniz. Bu komanda avrokuboklar üçün hazır olmaya bilər, amma çempionluq üçün tam hazırdır. Bu mövsüm nəinki "Zirə", ümumiyyətlə, heç bir komanda pis təsir bağışlamır. "Qəbələ" az büdcə ilə gözəl oyun göstərir. Bu, danılmaz faktdır. Həmçinin, "Səbail"i qeyd edərdim. Çempionatda ən azbüdcəli komanda olsa da, azarkeşlərini sevindirir. Deməzdim ki, "Qarabağ" və "Neftçi"dən biri 100 faiz çempion olacaq. 5 xallıq fərq nədir ki? Qarşıda hələ 11 tur var. Bu halda "Zirə"nin də çempionluğunu ehtimal etmək olar.
- İntizam Komitəsi "Qarabağ"ın futbolçusu Uroş Matiçin "Sumqayıt"a qarşı Azərbaycan Premyer Liqasının XVI tur matçı zamanı (0:0) forma nömrəsində soyadı Azərbaycan əlifbası ilə yazılmadığı üçün klubu 3 000 manat məbləğində cərimələyib. Ağdam təmsilçisi isə qərara etiraz olaraq AFFA Apellyasiya Arbitraj Tribunalına müraciət edib. Klub həmin oyunda forma geyinməyən Matiçin forma standartlarının pozulması qərarı və cərimə ilə razılaşmayıb. Sizin bu məsələyə münasibətinizi bilmək maraqlı olardı...
- Bu sual mənə aid deyil, axı. Kimsə forma geyinməyib və ya idman paltarının altından başqa paltar geyinib, bunun mənimlə nə əlaqəsi var? (“Report”)
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
10:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
12.11.2026
11.11.2026
10.11.2026
























