12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

"Xəzər Lənkəran" "Bakı" ilə matça tam heyətlə hazırlaşır

“Bakı”ilə oyunun hazırlığını sürdürən “Xəzər Lənkəran” dünən axşam saatlarında əsas meydanda növbəti məşqini keçirib. Futbolxeber.az-ın məlumatına görə, ilk olaraq fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorenin sərəncamında isinmə hərəkətlərini yerinə yetirən futbolçular daha sonra qısaldılmış meydanda 45 dəqiqəlik ikitərəfli oyun keçirdi. Baş məşqçi Con Toşakın müxtəlif tapşırıq və iradları ilə müşaiyət olunan məşqdə ölkəsinin yığmasından dönən Nikola Gliqorovda iştirak edirdi ki, adıçəkilən futbolçunun da dönüşündən sonra “Xəzər Lənkəran” tam heyətlə VI turun ev oyununa hazırlığını davam etdirir. Sabah isə komanda “Bakı” ilə oyunöncəsi son məşqinə çıxacaq.

 


lankaranfc.com






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30