12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

"Qəbələ" şok itki ilə üzləşdi

Həftənin bazar günü - 15 sentyabrda Premyer Liqanın VI turu çərçivəsində AZAL-la qarşılaşacaq "Qəbələ" böyük itki ilə üzləşib. Futbolxeber.az-ın məlumatına görə, komandanın aparıcı üzvlərindən Rail Məlikov məşq zamanı ağır zədə alıb. Futbolçunun 4 və ya 5 ay yaşıl meydanlardan kənar qalması gözlənilir. Bu barədə gabalafc.az-a əsas heyətin həkimi Rahim Məhərrəmov məlumat verib. Məhərrəmovun sözlərinə görə, müdafiəçinin ön çarpaz bağları qopub: "Zədənin ardından Rail dərhal müayinə olundu. Müayinə zamanı məlum oldu ki, müdafiəçimizin ön çarpaz bağları qopub. Bu idmanda çox ağır zədələrdən hesab olunur. Futbolçu sabah əməliyyat üçün Türkiyəyə yollanacaq. O, "Acıbadem" xəstəxanasında əməliyyat olunacaq. Bundan sonra futbolçu 4 və ya 5 ay bərpa prosesi keçməlidir".


gabalafc.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30