16 Sentyabr 2026, Çərşənbə
"Neftçi" 1000-ci oyununa çıxacaq
Həsənovun “unutduğu” epizod
Elvin Camalov “Neftçi”dən getdi
İsmail Taofik: “Hədəfimiz çempionluqdur”

Ölkə futbolu

“Qəbələ” - “Sumqayıt”: 34-cü duel

Azərbaycan Premyer Liqasında XI turun son görüşündə “Qəbələ” “Sumqayıt”la üz-üzə gələcək.

Futbolxeber.az saytının məlumatına görə, Sumqayıtdakı “Kapital Bank Arena”da təşkil olunacaq qarşılaşma iki komanda arasında 34-cü matç kimi tarixə düşəcək.

İndiyədək rəqiblər 33 dəfə üz-üzə gəlib. 19 dəfə qələbə qazanan “Qəbələ” böyük üstünlüyə malikdir. “Qırmızı-qaralar” 10 heç-heçə edib və yalnız 4 dəfə məğlub olub.

80 qolun vurulduğu duellərdə top fərqi də “Qəbələ”nin xeyrinədir - 55:25. “Sumqayıt”la görüşlərdə “Qəbələ”nin ən yaxşı bombardiri Viktor Mendi 7 dəfə fərqlənib.

“Qırmızı-qaralar” Sumqayıtın eyniadlı təmsilçisi ilə 32 çempionat və 1 kubok matçında görüşüb. Premyer Liqada 18 qələbəsi olan komanda 10 heç-heçə edib və 4 dəfə uduzub. Bu matçlarda “Qəbələ” 54, rəqib 25 qola imza atıb.

16-cı dəfə rəqib meydanına çıxacaq “qırmızı-qaralar” səfərdə 6 qələbə qazanıb, 6 heç-heçə edib və 3 dəfə məğlub olub. “Qəbələ” səfərdə 22 top vurub, 15-ni buraxıb.

Xatırladaq ki, noyabrın 30-da “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt” - “Qəbələ”  matçı saat 16:00-da başlayacaq (gabalafc.az).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30