4 Noyabr 2026, Çərşənbə
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi
“Neftçi” liderliyi ələ keçirdi

Ölkə futbolu

"Vilyarreal" - "Qarabağ" matçı azarkeşsiz keçiriləcək

İspaniya klubları avrokubokdakı matçlarını azarkeşsiz keçirəcək.

Futbolxeber.az saytının "Marca"ya istinadən verdiyi məlumata görə, ölkə hökuməti bu barədə UEFA-ya məktub göndərib. Bildirilib ki, ilin sonuna qədər stadionlarda azarkeşlər buraxılmayacaq.

Çempionlar Liqasında İspaniyanı "Real Madrid", "Barselona". "Sevilya" və "Atletiko", Avropa Liqasında isə "Qranada", "Real Sosyedad" və "Qarabağ"la birlikdə I qrupunda yer alan "Vilyarreal" təmsil edir.

Qeyd edək ki, "Qarabağ" “Vilyarreal”la ilk oyununu oktyabrın 29-da evdə, təkrar qarşılaşmasını isə dekabrın 10-da səfərdə keçirəcək.

Xatırladaq ki, UEFA-nın qərarına əsasən, fanatlar tribunaların tutumunun 30 faizini doldura bilərlər. Lakin bununla bağlı son qərarın yerli hakimiyyət orqanları tərəfindən veriləcəyi bildirilib.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30