Ölkə futbolu
Jurnalistlər İsrail - Azərbaycan oyunu haqda nə düşünür?
Supersport.Az saytı, futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində sabah baş tutacaq İsrail - Azərbaycan oyunu öncəsi jurnalistlər arasında sorğu aparıb. Media nümayəndələrinin fikirlərini təqdim edirik.
Rüfət Nadirli (Sportarena.az saytı):
- İsraili məğlub etmək real görünmür. Təbii ki, millimizin qalib gəlməsini arzulayırıq. Ancaq İsrail yığması öz meydanında yaxşı oynayır və bu komandanı lazımi sayda azarkeş kütləsi dəstəkləyir. Bu cəhətdən rəqib millimizə çətinlik yarada bilər. Həm də 4 gün sonra Rusiya ilə gərgin görüş keçirəcəklər. Millimizə qalib gəlib həmin oyuna ruh yüksəkliyi ilə çıxmaq istəyəcəklər. Lakin mən bütün halda milli komandamıza uğurlar arzu edirəm.
Ceyhun Əliyev ("Het-trik News" qəzetinin yazarı):
- Turnir cədvəlinə nəzər saldıqda kimin kim olduğu aydın görünür. Reallıq bunu göstərir ki, rəqib millimizdən xeyli səviyyəli futbolçulara sahibdir. Berti Foqtsun Azərbaycan futboluna gətirdiyi ifrat dərəcədə müdafiəyə çəkilmək taktikası onun şəxsi imicinə hesablanıb. Alman məşqçi yığmamızın oyununu izləməyən əcnəbilərin "Azərbaycan 1:0 uduzubsa, deməli rəqibi ilə bərabər səviyyədə oynayıb", - fikri formalışdarmaqla məşğuldur. Elə bu səbəbdən də əminəm ki, komandamıza yenə də bütün heyətlə müdafiə olunmağı tapşıracaq. Belədə isə çətin ki, Ramat Qandan xalla dönmək mümkün olsun. Doğrudur, Kamranın yaxşı formada olması, özü də milli formada daha möhtəşəm oynamasını unutmaq olmaz, lakin "tək əldən səs çıxmaz". Foqts isə yetirmələrinə hücum etməyə imkan vermədiyi üçün, məğlubiyyət qaçılmaz olacaq.
Amil Hacıyev (ANS TV):
- Çətin oyun olacaq. Milli minimal hesabla uduzsa, uğur sayılacaq. Foqtsdan möcüzədən başqa hər şey gözləyirəm.
Elman Məhərrəmov (Futbolxeber.az saytı):
- İsraillə oyun çox çətin olacaq. Rəqib güclüdür, bu öz yerində. İsrailin ən azı ikinci yeri tutmaq şansı var. Bizdən sonra Rusiyaya səfər edəcəklər ki, həmin oyun qrupdakı iddialılar üçün böyük əhəmiyyət kəsb edir. Rəqibin ikinci yeri tutmaq şansı olduğundan nə olursa, olsun qələbə qazanmağa çalışacaqlar. Bu halda isə bütün vasitələrə əl atılır. Hətta hakim belə, istər-istəməz ev sahibinə simpatiya bəsləyir. Yadıma, bir neçə il əvvəl Finlandiyaya qarşı keçirdiyimiz oyun düşdü. Həmin vaxt millimiz Coko Haciyevskinin rəhbərliyi altında Helsinkidə əla futbol sərgiləsə də, lüksemburqlu hakimin (səhv etmirəmsə Alan Hammer idi) qərəzi nəticəsində səfərdən xalsız qayıtdı. Onda da finlərin qrupda ikinci yeri tutmaq şansları vardı. Bizdən sonra Portuqaliyaya səfər edirdilər və həmin görüşdə də qələbə qazanacaqları halda ikinci olacaqdılar. Bunu ona görə dedim ki, sentyabrın 7-də millimiz təkcə rəqibə qarşı deyil, həm də hakimə qarşı mübarizə aparmalı olacaq. Odur ki, hərtərəfli diqqətli olmalıyıq. Səfərdən uğurlu nəticə ilə qayıtmaq üçün isə ağıllı taktika seçilməlidir. Müdafiəyə qapılmaq düzgün olmazdı. Çünki bu halda əvvəl-axır rəqib qol vuracaq. İlk dəqiqələrdən hücuma atılmaq da bizlik deyil. Ən doğrusu düzgün taktika seçib, ağıllı futbol oynamaqdır. Millimizə uğurlar arzu edirəm. İnşallah, "Qarabağ" kimi yığmamız da səfərdə kişi kimi futbol oynayar".
Elçin Cəfərov ("Azərbaycan" qəzeti):
- Qrupda final mərhələsinə yüksəlmək baxımından qarşılaşma İsrail üçün daha önəmli xarakter daşıyır. Milli komandamızın isə qeyri-sabit oyun numayiş etdirməsi səbəbindən bu matçda hansı nəticə ilə qayıdacağı böyük sual doğurur. İsrail favoritdir, lakin millimizin belə qarşılaşmalarda sürpriz nəticələr göstərməsinin dəfələrlə şahidi olmuşuq. Əfran İsmayılovun olmamasi böyuk şansızlıqdır. Çünki son həftələr çox yaxşı təsir bağışlayırdı. Rauf Əliyevin formada olması və eyni zamanda Ruslan Abışovun da onun arxasında oynayacağı yaxşıdır. Ani əks-hücumlarda uzun ötürmələr nəticəsində rəqibə çətin anlar yaşatmaq olar. Bir də ki, Berti müəllim özündən Amerika kəşf etməyib, heyətdə surpriz axtarmadan sabit tərkib meydana buraxsa, çox gözlənilməz olsa da nəsə, ən azından bir xala ümid etmək olar.
Şəmsəddin Abbasov (müstəqil jurnalist):
- Bu oyunla alman məşqçi Berti Foqts yığma komanda ilə olan iş birliyini başa vurur. Rəqib İsrail komandasıyla görüşdə mütləq 3 xal qazanması zənnimcə xeyrimizə olar. Belə olan halda Foqts oyunu əks-hücumda qura bilər və bu, faydalı ola bilər. Alman məşqçimiz son oyunda yaxşı nəticə qazanmağa çalışacaq. Proqnoza gəlincə, düşünürəm ki, oyun Bakıdakı kimi 1-1 hesablı heç-heçə ilə başa çatacaq.
Orxan Sübhan (Lider TV):
- Əslində futbolçularımızın səfərdən xalla dönəcəyi inandırıcı görünməsə də, heç-heçəyə ümid etmək olar. Ən azından bu seçmə mərhələdə milli komandamızın səfər qarşılaşmalarında göstərdiyi oyun bunu deməyə əsas verir. Yığmamız bu seçmə mərhələdə pis təsir bağışlamır. Demək olar ki, oyunların əksəriyyətində daha çox bəxtimiz gətirməyib. Həm Rusiya ilə, həm Şimali İrlandiya ilə, həm də Lüksemburqla səfər, eyni zamanda sonuncu ilə ev oyununu da bu matçlara aid etmək olar. Futbolçularımız ötən ilin sentyabr ayında İsrail yığması ilə Bakıdakı görüşdə də sübut etdilər ki, bu rəqiblə oynamaq mümkündür. Düzdür hesabı fasilədən sonra rəqib açsa da, çox keçməmiş komandamızın istedadlı futbolçularından biri - Rusiyada "Rubin"in şərəfini qoruyan Ruslan Abışov tarazlığı bərpa etdi. Bundan sonra da, yəni qalan dəqiqələrdə hesabda irəli çıxmaq üçün bir neçə imkanımız oldu. Ancaq yenə də bəxtimiz gətirmədi. İnanıram ki, komandamız bu dəfə daha yaxşı nəticə qazanacaq. Ən azından məğlub olmayacaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
- Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- Nuriyev Macarıstan klubunda
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
- II turun hakim təyinatları açıqlandı
-
18:43
“Bütün diqqətimiz “Qarabağ”a qarşı oyundadır”
-
18:29
“Tvente”nin baş məşqçisi: “Sabah bizim son şansımızdır”
-
17:56
Sona Ağayeva Cənubi Koreyada dünya çempionatında mübarizə aparacaq
-
17:12
“Şəfa”ya texniki məğlubiyyət verildi
-
16:35
Perin “Yuventus”dan getdi
-
16:04
Vaqif Cavadov Bakıda "Tvente"ni ziyarət edib
-
15:41
“Mançester Siti”dən növbəti transfer
-
15:27
AFFA "Neftçi" və "İmişli"ni cərimələdi
-
14:58
"İmişli" 1 ay əvvəl transfer etdiyi futbolçu ilə yolları ayırdı
-
14:00
Qurban Qurbanov: “Təhlükə bizim hesabda öndə olmağımızdır”
-
13:13
“Sabah” artıq 20 milyon avrodan çox qazanıb
-
12:39
"Neftçi" Kurçi ilə yollarını ayırdı
-
12:26
Kişi boksçulardan ibarət millimiz Gürcüstanda təlim-məşq toplanışı keçəcək
-
11:42
"Karvan-Yevlax"dan növbəti transfer
-
11:05
Prezident İlham Əliyev "Sabah"ı təbrik etdi
-
10:54
Millimizin sabiq baş məşqçisi işsiz qaldı
-
10:31
Azərbaycan UEFA reytinqində Sloveniyanı geridə qoydu
-
10:17
"Gəncə" amerikalı basketbolçunu heyətinə cəlb edib
-
10:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
23:21
“Sabah” ÇL-in Liqa mərhələsində!
-
20:57
“Turan Tovuz” azarkeşlərindən Rəhim Həsənova etiraz: #baximvariniza FOTOLENT
-
20:22
"Sabah" - "Hapoel": Heyətlər açıqlandı
-
19:38
I Liqada 2 turun oyun cədvəli açıqlandı
-
18:16
Yeniyetmə stolüstü tennisçilər Şəkidə təlim-məşq toplanışında
-
17:54
"Tvente" "Qarabağ"la oyuna itkilərlə çıxacaq
-
17:21
Çimərlik güləşi üzrə beynəlxalq yarışlara qatılacaq millilərimizin heyəti
-
16:43
Azərbaycanın iki ağırlıqqaldıranı Avropa birinciliyində 5-ci və 6-cı yeri tutub
-
16:30
Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM
-
16:15
Valentin Buliçev Bakıda məşqçilərlə növbəti görüş keçirib
-
15:59
Badmintonçuları beynəlxalq turnirdə 17 medal qazanıblar
-
15:27
"Xankəndi" də legioner transfer etdi
-
15:02
"Qarabağ"dan zədəlilərlə bağlı açıqlama: "Əməliyyat olunacaq"
-
14:48
Üzgüçülük Federasiyası beynəlxalq eksperti əməkdaşlığa cəlb edib
-
14:36
Cüdo millimiz Vətənə iki medalla qayıdıb
-
14:14
AMADA əməkdaşının həmmüəllifi olduğu kitab fəsli nüfuzlu “Springer” elmi nəşrində çap olunub
-
13:51
Hondanın yeni klubu bilindi
-
13:24
Roi Kehat: “Hapoel”in “Sabah”ı keçmək şansı 60 faizdir”
-
13:03
"Gəncə" iki voleybolçu ilə müqavilə bağlayıb
-
12:35
“Sabah”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
-
12:19
Ozobiçin yeni klubu bilindi
-
12:00
“Qarabağ” - “Tvente”: Stadionun kassalarında bilet satışı oyuna 1 saat qalmış dayandırılacaq
-
11:42
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:28
"Neftçi"nin 90 illiyidir, çempion olmaq istəyirik"
-
11:17
“Qarabağ”la oyun öncəsi “Tvente”də yeni müqavilə
-
10:56
"Roma"dan darmadağın VİDEO
-
10:34
“Sabah” - “Hapoel” oyununa 27 ölkədən bilet alınıb
-
10:21
"Çelsi" 3 xalı 3 qolla qazandı VİDEO
-
10:03
“Traktor” itkisiz irəliləyir
-
09:45
"Latsio"dan səfər qələbəsi VİDEO
-
23:39
“Səbail” Boluda son yoxlama oyununu keçirib
26.08.2026
25.08.2026
24.08.2026
























