27 Avqust 2026, Cümə axşamı
"Neftçi" Kurçi ilə yollarını ayırdı
“Sabah” ÇL-in Liqa mərhələsində!
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi

Ölkə futbolu

Foqts: "İsrailə uduzmağa gəlməmişik"

"Oyuna istədiyimiz kimi hazırlaşa bilmədik. Futbolçular yoğrundular. Bu səbəbdən də 2 gün az məşq etdik". Futbolxeber.az-ın məlumatına görə bu sözləri milli komandamızın baş məşqçisi Berti Foqts deyib.

Sabah DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İsrailə qarşı keçiriləcək oyunöncəsi mətbuat konfransı keçirən almaniyalı mütəxəssis yenə də min bir bahənə gətirib. Foqts mümkün uğursuzluğu sığortalamaq üçün "Xəzər Lənkəran"dan da nümunə gətirib: "Komanda yorğun olduğundan dünən cəmi 1 məşq keçdik. Amma bunda mənim günahım yoxdur. İsrail güclü rəqib olduğundan bu oyuna yaxşı hazırlaşmalıydıq. "Xəzər Lənkəran"ın "Makkabi"yə qarşı necə oynadığını gözəl bilirsiniz. Bununla belə özümüzə güvənirik. Yaxşı oynaya bildiyimizi Bakıda sübut etdik. İsraildə yaxşı qarşılandıq. Bilirəm ki, rəqibin 12 futbolçu legioner həyatı yaşayır. Komanda xüsusən də hücum xəttində güclüdür. Rusiyaya qarşı oynadığımız kimi çıxış etsək, uğur qazanmaq üçün yaxşı şansımız var. Bura uduzmağa gəlməmişik". 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31