Ölkə futbolu
Quizlərə düşəcək sual...
Ötən həftə “Qarabağ” üçün uğursuz alındı. Ağdam klubu əvvəlcə Çempionlar Liqasında mübarizəni dayandırdı. Elə də güclü olmayan “Molde”nin müqavimətini qıra bilməyən “Qarabağ” penaltilər seriyasında Norveç çempionuna uduzdu. Oyundan bir gün öncə “biz heç vaxt penaltilərə hazırlaşmırıq” deyən Qurban Qurbanovun komandası məhz 11 metrlik zərbələrin sonunda rəqibi qarşısında aciz qaldı. Əslində, elə penaltilərə hazırlaşmamağın nəticəsi idi ki, zərbəni yerinə yetirməyə oyunçu tapmayan Qurbanov yekunda məcbur qalıb Bədavi Hüseynovun lehinə seçim etməli oldu. O Bədavi ki qaçırdığı zərbə ilə komandasının qitənin 1 nömrəli klub turniri ilə vidalaşmasına səbəb oldu. Oyundan sonra verdiyi açıqlamadan məlum oldu ki, Hüseynov karyerası ərzində heç vaxt penalti yerinə yetirməyib. Kim bilir, bəlkə də bir çox məşqçilər kimi Qurban Qurbanov da futbolçularını penaltilərə məşq etdirsəydi, görərdə ki, sərəncamında penaltini Bədavidən daha yaxşı yerinə yetirənlər də var...
“Molde” məğlubiyyəti, Çempionlar Liqası ilə erkən vida, itirilən milyonlar - bütün bunları qismən də olsa unutdurmaq üçün “Qarabağ”ın yaxşı şansı var idi. Belə ki, bazar günü Ağdam klubu ölkə çempionatında prinsipial oyuna çıxdı. “Neftçi” üzərində qələbə “Molde” ilə görüşdəki yenilgini qismən də olsa unutdura bilərdi. Gəl ki, “Qarabağ” yenə də azarkeşlərini məyus etdi. Baxmayaraq ki, erkən qolla komanda önə keçmişdi. Lakin “Qarabağ” bu üstünlüyü artırmaq əvəzinə, qapısında 2 qol görməklə “Molde”dən sonra “Neftçi” qarşısında da aciz qaldı. Oyundan öncə çoxlarının şans tanımadığı “Neftçi” rəqiblə müqayisədə daha istəkli görünürdü. Füzuli Məmmədovun düzgün taktikası qarşısında Qurban Qurbanov və komandası əlac tapa bilmədi. Yekunda “Qarabağ” 1 həftədə ikinci zərbəni aldı. Ötən məğlubiyyət Bədavi Hüseynovun ayağına yazılmışdısa, “Neftçi”dən alınan yenilginin günahkarı kimi Emil Balayev göstərildi. Reallıqda isə hər iki məğlubiyyət birbaşa Qurban Qurbanovun günahıdır. Penalti məsələsinə yuxarıda toxunduq. Hər halda oyundan öncə “biz penaltilərə hazırlaşmırıq” demək yox, penaltilərə hazırlaşmaq lazım idi. O ki qaldı Emil Balayevə, millinin qapıçısının “Neftçi”nin vurduğu qollarda günahının olub-olmamasını bir kənara qoyaq. Əsas sual odur ki, nəyə görə “Molde” ilə görüşün qəhrəmanlarından olan Şahruddin Məhəmmədliyev “Neftçi” ilə matçda ehtiyatda qalmışdı? Yorğunluq? Qətiyyən. Çünki yorğunluğa qalsa, Kevin Medina, Bədavi Hüseynov, Maksim Medvedev, Qara Qarayev, Filip Ozobiç, Mahir Emreli, Kvabena Ovusu Larnakada Şahruddindən daha çox tər tökmüşdülər. Amma yenə də “Neftçi”yə qarşı görüşdə də ilk “11-lik”də yer almışdılar.
Görünür, Qurbanov sonadək avrokuboklarda bir, yerli çempionatda başqa qapıçıya şans verməkdə israrlıdır. Bu isə özünü doğrultmur. Şahruddin ötən mövsüm ölkə çempionatında meydana çıxdığı 10 oyundan 8-də qapısını toxunulmaz saxlamışdı. Eləcə də cari mövsüm ilk turda “Sabah”la görüşü “sıfır”la başa vurdu. Bu halda nəyə görə, hansı əsasla “Keşlə” və “Neftçi” ilə görüşləri kənardan izləməlidi? Hətta deyilənə görə, “Qarabağ” əcnəbi qapıçı transfer etmək istəyir və komanda Avroliqanın qrupuna vəsiqə qazansa, bu keçid eallaşacaq. Qəribə deyilmi?
Göründüyü kimi, “Qarabağ”ın 1 həftə ərzində 2 zərbə almasında Qurban Qurbanovun sonradan səhv olduğu məlum olan seçimlərinin böyük rolu var. Amma gəl ki, Qurbanov haqda bir tənqidi cümlə belə oxuya bilməzsən. Sanki “Qarabağ”ın çalışdırıcısı toxunulmazdı və hansısa gözəgörünməz qüvvə onun səhv seçimlərindən, yanlış qərarlarından yazmağa imkan vermir. Gələcəkdə quizlərə düşəcək sualdı: o, hansı məşqçidir ki, komandası əvvəlcə elə də güclü olmayan rəqibə uduzaraq Çempionlar Liqası ilə vidalaşsa da, 3 gün sonra ölkə çempionatında öz meydanında əzəli rəqibinə uduzsa da, qətiyyən tənqid olunmadı? Hansı məşqçidi? Cavab?..
FUTBOLXEBER.AZ
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
12:06
"Bavariya" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:51
Boksçumuz Avropa çempionu oldu
-
11:37
"Mlan" "Udineze"yə şans tanımadı VİDEO
-
11:13
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:59
"Real" səfərdə "Barselona"nı devirdi VİDEO
-
10:48
Millimiz Düşənbədə keçirilən cüdo üzrə turniri beş medalla başa vurub
-
10:35
"İnter"dən inanılmaz geridönüş VİDEO
-
10:22
U-17 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kubokunun ilk qalibləri müəyyənləşib
-
10:04
Muaddib: “Çempionluq “Qarabağ”la iki yox, bir komanda arasında gedəcək”
-
09:56
İnfantinodan Azərbaycan çempionatıın oyunundan paylaşım etdi
-
09:31
"Liverpul"un qələbəsi VİDEO
-
09:17
Toral Bayramov üçün 7 dəqiqə
-
09:00
"Mançester Yunayted" yenə uduzdu VİDEO
-
21:06
Qurban Qurbanov: “Bunu düşünməyərək oyuna hazırlaşmışdıq”
-
20:42
Millimiz Avstraliyaya uduzdu
-
19:53
"Qarabağ" bir xalla kifayətləndi
-
15:28
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
-
13:39
Azərbaycanın veteran cüdoçuları daha bir medal qazanıblar
-
13:17
Balayev(lər)in sual fobiyası... - YAZI
-
13:00
Krivotsyukun komandası həlledici mərhələyə yüksəldi
-
12:44
Bakıda Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası
-
12:21
Mahirin komandası sonda bir xalı əldən verdi
-
12:07
Derbidə sevinən tərəf "Tottenhem" oldu VİDEO
-
11:55
Baklov səhvini etiraf etdi: “Rəqibin baş zərbəsi zamanı daha yaxşı oynaya bilərdim”
-
11:36
Nəriman yenə ehtiyatda oturdu
-
11:12
"Borussiya" sonda sevindi VİDEO
-
10:48
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
-
10:23
"Napoli" - "Roma" matçında 6 qol VİDEO
-
10:09
Balayev müsahibəni yarımçıq saxladı: “Səhv söhbətində...”
-
09:54
"Arsenal"ın qələbəsi VİDEO
-
09:31
Abdullazadənin komandası məğlub oldu
-
09:17
"Mançester Siti" səfərdə xalsız qaldı VİDEO
-
23:33
Ehtiram Quliyev: “Bu gün bir xal qazanmadıq, iki xal itirdik”
-
23:00
Prezident milli üzvləri ilə görüşdü: “Bütün qollar bir-birindən gözəl idi” FOTOLENT
-
22:14
Vernidub: “Bunu həzm edib, irəliyə baxmaq lazımdır”
-
21:49
"Neftçi" - "Turan Tovuz" matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
21:22
Kurban Berdıyev: “Xal itirdik”
-
21:07
İki güləşçimiz dünya çempionatının finalında
-
20:56
“Neftçi” qələbəni əldən verdi
-
20:51
DÇ: Millimizdən darmadağın
-
20:38
"Kəpəz"dən əzmkar qələbə VİDEO
-
20:25
Bakıda U-15 dünya çempionatının açılış mərasimi keçirilib
-
18:13
"Neftçi" - "Turan Tovuz": Heyətlər açıqlandı
-
15:59
Şahmatçılarımız Avropa Kubokunda 2 medal qazanıblar
-
14:04
Emil Mustafayev: “Təzyiq yox, motivasiya var idi”
-
13:42
FİFA və AFFA rəsmiləri Hövsan Yarış Kompleksində
-
13:27
Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
-
12:51
Kişi voleybolçular arasında Super Liqada yeni mövsümə start verilib
-
11:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:18
"Torino" 3 xalı 3 qolla qazandı VİDEO
26.10.2026
25.10.2026
24.10.2026
























