4 Iyun 2025, Çərşənbə
Əhmədzadə “Zirə”dən getdi
“Neftçi” iki legionerlə yolları ayırdı
"Sumqayıt" 3 futbolçusu ilə vidalaşdı
“Neftçi” qızıl medallara qovuşdu

Ölkə futbolu

“Neftçi” - “Qalatasaray”: oyunöncəsi məşqlər və mətbaut konfranslarının vaxtı açıqlandı

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində sentyabrın 17-si saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi” - "Qalatasaray” oyunu öncəsi komandaların keçirəcəyi son məşqin və mətbuat konfranslarının vaxtı dəqiqləşib.

Futbolxeber.az-ın “Neftçi”nin rəsmi saytına istinadən verdiyi məlumata görə, əvvəlcə "Qalatasaray”ın baş məşqçisi Fatih Terimin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Tədbir sentyabrın 16-sı Bakı Olimpiya Stadionunda baş tutacaq və saat 18:00-da başlanacaq. Saat 18:30-da "sarı-qırmızılar”ın media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) məşqi keçiriləcək.

Həmin gün BOS-da "Neftçi”nin baş məşqçisi Füzuli Məmmədovun mətbuat konfransı, həmçinin komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq. Konfrans saat 19:00-da, məşq isə saat 19:45-də başlanacaq.

Qeyd edək ki, hər iki komandanın mətbuat konfransı və açıq məşqi "Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30