1 Avqust 2026, Şənbə
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı
“Qarabağ” penaltilərdə məğlub oldu
“Neftçi” qələbə qazansa da...

Ölkə futbolu

“Neftçi”nin builki büdcəsi nə qədərdir?

"Neftçi"nin bu mövsüm üçün xərcləri 35 faiz azalacaq.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə "Neftçi"nin vitse-prezidenti Elnur Eyvazov klubun rəsmi televiziyasında yayımlanan "Həmsöhbət" verilişində açıqlama verib.

O bildirib ki, koronavirus pandemiyasının "ağ-qaralar"a da təsiri olub: "Azarkeşlərin əksəriyyətini əsas komanda maraqlandırır. Onun büdcəsi yalnız maaş deyil. Əsas komandanın büdcəsi 40 faiz azalıb və 4 milyon manatdan az olacaq. Yeni sponsorlar dəvət etsək, Avropa Liqasında növbəti mərhələyə yüksəlsək, əlavə gəlir əldə edə bilərik. Yenə mərhələ keçsək, 4 milyon manata çatacağıq. Bu, ümumi klub büdcəsinin 46 faizini təşkil edib. Bizim klub yalnız əsas komandanın üzərində qurulmayıb".

Bununla belə, vitse-prezident əsas məqsədlərinin çempionluq olduğunu sözlərinə əlavə edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31