Ölkə futbolu
De Byazi: “Mahir bu hərəkəti ilə komandamıza zərbə vurdu”
“Oyunun ilk 10 dəqiqəsini yaxşı keçirmədik. Topla davranışda problemlər oldu. Bu, psixoloji durumla bağlı ola bilər”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri yığmamızın baş məşqçisi Canni de Byazi Millətlər Liqasında C liqasının 1-ci qrupunun ilk görüşündə Lüksemburqla Bakıda keçirilən oyundan (1:2) sonra mətbuat konfransında deyib.
- Özümüzə gələndə qırmızı vərəqə aldıq. Matçın yarıdan çoxunu 10 nəfərlə keçirdik. Nəzərə almaq lazımdır ki, mövsümün əvvəlidir, futbolçuların fiziki hazırlığı yaxşı deyil. İkinci hissədə iki səhv etdik, penalti oldu. Sonlarda oyunçuların yorğunluğu görünürdü. Lüksemburq güclü komandadır, çoxdandır bir yerdə oynayırlar. Hazır mexanizmləri var. Almaniya, Fransa, Ukraynada oynayan oyunçuları var. Bizim üçün vacib test idi. Düşünmürəm ki, 12 məşqlə yekun qərar vermək olar. Meydanda olan bütün oyunçularımıza təşəkkürümü bildirmək istəyirəm. 26-cı dəqiqədən azlıqda oynamaq çox çətindir. Hətta qol da vurduq. İnkişafımızı davam etdirməliyik. Xüsusən də, həm fiziki, həm də oyunu oxumaq, taktiki cəhətdən”.
- Penalti, qırmızı vərəqə, avtoqol və zəif oyun. Bütün bunlara baxmayaraq, gələcəklə bağlı ümidverici nəsə gördünüzmü?
- Bəli, ümidverici məqam görürəm. Xüsusən də, oyunçuların reaksiyasını qeyd edərdim. Pozitiv hal odur ki, 10 nəfərlə irəli çıxdıq, qol vurduq. Amma avtoqol və penalti işimizi çətinləşdirdi.
- Düşünmürsünüz ki, Millətlər Liqasına həddən artıq çox önəm veririk. Olmazmı ki, bu turnirə dünya çempionatının seçmə mərhələsinə hazırlıq kimi yanaşaq?
- Hər bir oyundan maksimum istifadə etməliyik ki, daha güclü olaq, komanda oyununu quraq. Bu gün komandada böyük istək gördük. Baxmayaraq ki, çox güclü komanda ilə qarşılaşırdıq. Rəqib çoxdandır bir yerdə oynayır. Çox vaxt futbolçular ötürməni arxaya verirdilər. Halbuki bunu futbolçulardan istəməmişdim. Fiziki cəhətdən hələ tam hazır deyilik.
- Ramil Şeydayevin əvəzlənməsini, bir ildir futbol oynamayan Araz Abdullayevin oyuna qoşulmasını, beynəlxalq təcrübəsi olmayan Adil Nağıyevin meydana daxil olmasını necə izah etmək olar?
- Şəxsən mən komandanı yaxşı tanıyıram. Personal baxımdan xarakterlərini o qədər yaxşı bilməyə bilərəm. Ramil hər şeyini ortaya qoymuşdu artıq, bu üzdən Renat meydana daxil oldu. Fiziki cəhətdən güclü oyunçu lazım olduğu üçün Araz Abdullayevi meydana buraxdım. Adil Nağıyevə gəlincə, rəqib 2 mərkəz hücumçusuna keçdiyi üçün mərkəz müdafiəçilərinin sayını artırmaq üçün onu meydana buraxdım. Hamı səhv edir.
- Bu gün kikboksinq, voleybol gördük, amma futbol görmədik. Belə oyuna görə, konkret kimlər günahkardır?
- Səhv həmişə məşqçinindir. Rahat ola bilərsiniz, günahkar var.
- Qeyd etdiniz ki, ilk 10 dəqiqədə zəif təsir bağışladınız. Amma ikinci hissənin əvvəlində də komanda psixoloji cəhətdən hazırlıqsız görünürdü. Fasilə zamanı buna bir tədbir görmək olmazdı?
- Düz vurğuladınız, oyuna çətin başladıq. Özümüzə gəlməyə çalışdıq. Rəqibin texniki cəhətdən güclü oyunçularının olduğunu bilirdik. Ortanı bağlayıb, rəqibi cinahlara yönəltməyə çalışdıq. Amma asan deyildi. Uşaqlara tapşırmışdım ki, əks-hücuma sürətli çıxsınlar. Təmkin Xəlilzadə və Namiq Ələsgərovdan cinah keçidləri gözləyirdik. Bəzən alındı, bəzən yox. 3 mərkəz müdafiəçisinə keçəndə düşündük ki, daha rahat olar. Amma komanda yorulmuşdu.
- Komandanın vəziyyətini gördünüz. Futbolçularda milli ruh, inam yox idi. Bu gedişlə fiasko gözlənilmir?
- Komandadan bu gün razı qaldım. Bütün oyunçular maksimum güclərini meydana qoydular. Əvəzləmədən meydana daxil olanlar da pis oynamadılar. Koronavirusa görə, uzun fasilə yaranmışdı. Əksər futbolçular fiziki cəhətdən hazır deyildilər. Standart vəziyyətlərdə səhvlərimiz olmadı. Rəqibin pressinqinə görə çoxlu uzun ötürmələrə üstünlük verirdik. Bu da işimizi çətinləşdirirdi. Çünki ayağımızda çox top saxlaya bilmirdik. Avropa səviyyəli komanda olmaq üçün çox çalışmaq lazımdır.
- Artıq ilk rəsmi görüş arxada qalıb. Millinin potensialı nəyə ümid etməyə imkan verir?
- İndi nəsə demək çətindir. Nəzərə alaq ki, qeyri-adi situasiyadayıq. Azərbaycan çempionatının oyunlarına da baxmışam. Bizdə texniki baxımdan yaxşı oyunçular var. Maksimum dərəcədə optimist olmalıyıq. Məqsədə çatmaq üçün oyunçuları inandırmalı və bunun mümkünlüyünü onların beyninə salmalıyıq. Uduzmuşuqsa, günahkar mənəm.
- Rəqibin baş məşqçisi bildirdi ki, Azərbaycan millisi əvvəllər ispan stilində oynayırdı, amma bu gün hansı stildə oynadığını başa düşmədim. Bunu necə dəyərləndirə bilərsiniz?
- Hər kəsin öz düşüncəsi var. Mən heç kim haqda danışmıram, ancaq öz komandam barədə düşünürəm. Görünür, rəqibin baş məşqçisi çox sevindiyindən, bu sözləri deyib.
- Bakıya gələndə demişdiniz ki, Lüksemburqla matça Çempionlar Liqasının finalı kimi hazırlaşacağıq. Çempionlar Liqasının final matçının əvvəlində heç nədən qırmızı vərəqə alaaraq komandasını pis vəziyyətdə qoyan futbolçuya baş məşqçi gələcəkdə nə qədər güvənə bilər?
- Mahir Emreli yaxşı uşaqdır, yaxşı oyun keyfiyyətləri var. Böyük səhv idi, bunu hamımız başa düşürük. Amma bilmirəm, niyə belə etdi. Bu hərəkəti ilə komandamıza zərbə vurdu. İnanıram ki, digər futbolçular bunu görüb, eyni səhvi bir daha etməzlər.
- Himnimiz səslənərkən sanki oxuduğunuz görünürdü. Yalnız Azərbaycan deyilən hissəsini bilirsiniz, yoxsa öyrənməyə çalışırsınız?
- Çalışacağam tam öyrənəm. Hələlik ancaq Azərbaycan, Azərbaycan hissəsini bilirəm. Albaniyada da bunu etmişəm. Sözlərini artıq tərcümə etdirmişəm. Himn çox xoşuma gəlir. Sizə daha yaxın olmaq, sizdən biri olmaq istəyirəm. Azərbaycan dili çətin olsa da, bunu öyrənməyə çalışacağam.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Səbail” yoxlama oyununda 5 qollu qələbə qazandı
- “Qarabağ” "Zirə”yə qalib gəldi
- “Qarabağ” çempion olmaq istəyir”
- Elvin Bədəlov: “Xeyr, biz D Liqasına layiq deyilik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi
- Kandido: “Qələbəyə layiq idik”
- Mahir Emreli: “İllər keçəcək, bu nəticə ayıbımız kimi yadda qalacaq”
- U-20 millimiz Moldovaya uduzdu
-
22:15
Asiya Kuboku: Cüdoçularımız 5 medal qazanıblar
-
21:48
Dadaşovun komandasının oyunu yarımçıq saxlanıldı
-
21:00
"Böyük Dəbilqə": Kokauri gümüş medal qazandı
-
20:54
Bekiri: "1 xal qazanmağa layiq idik"
-
20:37
"Qəbələ" - "Qarabağ" matçında heç-heçə VİDEO
-
20:19
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”
-
20:12
Qurban Qurbanov adının “Fənərbaxça” ilə hallanmasına münasibət bildirdi
-
19:23
"Zirə” də xal itirdi, "Qarabağ" da
-
19:06
"Araz-Naxçıvan" qələbəni əldən verdi VİDEO
-
18:15
Abşeron-Xızı cüdo çempionatının qalibləri bəlli olub
-
17:41
“İki xal itirməsəydik, yaxşı olardı”
-
17:28
Rəşad Sadıqov: “Azərbaycan futbolunda ilk dəfə idi belə halla qarşılaşırdıq, o da bizim başımıza gəldi"
-
16:54
"Qəbələ" - "Qarabağ": Heyətlər müəyyənləşdi
-
15:47
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
-
14:39
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
-
14:00
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
-
13:12
30 illik nağıl
-
12:56
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
-
12:23
"Sumqayıt" hazırlıqlarını davam etdirir FOTOLENT
-
11:45
Futbolun İnkişaf Fondu 10 yaşında
-
11:08
PSJ-dən 5 qollu qələbə VİDEO
-
10:34
İsa Suliman: “Kapitan sarğısının mənə verilməsi klubun jesti idi”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:17
"Qalatasaray"dan darmadağın VİDEO
-
23:09
"Turan tovuz" 3 xalı 3 qolla qazandı VİDEO
-
22:51
Azərbaycan cüdoçusu İtaliyada Avropa çempionu olub
-
21:44
Prezident İlham Əliyev İspaniya millisini belə mükafatlandırdı FOTOLENT
-
21:17
Kurban Berdıyevdan qələbə şərhi
-
20:25
“Turan Tovuz” “Sabah”ı məğlub etdi
-
19:36
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
-
19:00
İspaniya millisi Bakıda dünya çempionu oldu
-
18:42
II Liqada həftənin hakimləri
-
18:05
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
-
17:18
Tovuzda heyətlər açıqlandı
-
16:59
Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
-
16:33
Zəngilanda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
-
15:24
Sabiq “Sumqayıt”lı Hindistan klubunda
-
14:41
AMADA antidopinq təhsilində süni intellektin tətbiqi ilə bağlı beynəlxalq vebinarda təmsil olunub
-
14:15
Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb
-
13:57
Famil Xəlilov: “Əsas işi klublar görməlidir”
-
12:36
DÇ: Millimiz Əfqanıstana uduzdu, 84-cü oldu
-
12:00
"Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib
-
11:25
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
-
11:12
“Marafon”dan ilk
-
10:48
Denis Marandiçi: “Ağır zədədən sonra mübarizələrdən qorxmuram”
-
10:23
Ronaldo het-trik etdi VİDEO
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:54
Zamiq Əliyevin komandası liderliyə yüksəldi
-
09:31
"Fiorentina" - "Atalanta" matçında 4 qol VİDEO
-
09:17
Cüdoçularımızın Avropa çempionatındakı ilk rəqibləri müəyyənləşib
31.10.2026
30.10.2026
Arxiv
| Noyabr 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | ||||||
| 02 | 03 | 04 | 05 | 06 | 07 | 08 |
| 09 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |
























