1 Oktyabr 2026, Cümə axşamı
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Azərbaycan Lixtenşteynə qarşı
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Ölkə futbolu

“Neftçi” bizi cəzalandırdı”

"Son 6-7 oyunun ən yaxşısını göstərdik. Birinci hissədə biz daha üstün idik. 2-3 qol epizodundan istifadə edə bilmədik. İkinci hissədə də yaxşı idik. Ancaq qırmızı vərəqədən sonra işimizi çətinləşdirdik. Futbolda belə hallar olur. "Neftçi" bizi cəzalandırdı".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Şkupi”nin baş məşqçisi Muharrem Bayrami Avropa Liqasının 1-ci təsnifat mərhələsində Bakıda “Neftçi”yə uduzduqları oyundan (1:2) sonra mətbuat konfransında deyib.

- Əvəzləmələrinizin sizin ziyanınıza işlədiyini düşünmürsünüz?

- Birincisi, dəyişiklik zamanı yeni oyunçu meydana buraxmaq istəyirdik. Yeni oyuna qoşulan oyunçunun zərbələri yaxşı idi. Onun sayəsində rəqib qapısı qarşısında təhlükə yaradacağımızı düşünürdük. İkinci dəyişikliyə gəlincə, qırmızı vərəqə planımızı dəyişdi. Başqa dəyişiklik planlaşdırırdım. Amma buna vadar oldum.

- İkinci hissədə oyununuzun zəif alınmasına səbəb nə oldu? Təcrübəsizlik öz sözünü dedi?

- İkinci hissəyə də yaxşı başladıq. İlk qolu səhvdən buraxdıq. "Neftçi" təcrübəli komandadır, səhvimizi bağışlamadı. "Neftçi" kimi komanda belə epizodlarda rəqibini cəzalandırır. Bilirdik ki, meydanın mərkəzində top itirə bilmədik. Çünki rəqibin güclü orta xətti var.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31