27 Sentyabr 2026, Bazar günü
Millimiz Litva ilə heç-heçə etdi
Rafael Utsiq yenidən “Qəbələ”də
U-21 millimiz Çexiya ilə heç-heçə etdi
“Şahdağ Qusar”dan 8 qollu qələbə

Ölkə futbolu

“Neftçi” və “Qarabağ”dan şərikli rekord

Azərbaycan Premyer Liqasında (əvvəlki güclülər dəstəsi) ardıcıl böyükhesablı qələbələr seriyasında rekord 5 oyundan ibarətdir.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, buna iki komanda nail olub.

“Neftçi” 1996/97 mövsümündə, “Qarabağ” isə 17 il sonra ardıcıl 5 matçda üç və ya daha çox top fərqi ilə qalib gəlib. Lakin “ağ-qaralar”ın seriyası zamanı vurulan və buraxılan topların fərqi daha böyükdür.

Bundan başqa, daha 4 dəfə eyni komanda 4 belə qələbəni sıralayıb. Bu seriyalardan da ikisi “Qarabağ”a məxsusdur.

Böyükhesablı qələbə seriyaları

1. “Neftçi” - 5 qələbə, top fərqi - 32:4 (1996/97)

2. “Qarabağ” - 5 qələbə, top fərqi - 17:1 (2013/14)

3. “Kəpəz” - 4 qələbə, top fərqi - 19:1 (1998/99)

4. “Şəfa” - 4 qələbə, top fərqi - 18:1 (2003/04)

5. “Qarabağ” - 4 qələbə, top fərqi - 17:2 (2003/04)

6. “Qarabağ” - 4 qələbə, top fərqi - 13:0 (2018/19)








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30