2 Fevral 2026, Bazar ertəsi
"Qarabağ" yeni transfer edir
"Qarabağ" və "Neftçi"dən qələbə
"Sumqayıt"da gözlənilməz ayrılıq
Yuri Vernidubdan qələbə şərhi

Ölkə futbolu

“Qəbələ”dən 10 seriya

“Qəbələ”nin Azərbaycan Premyer Liqasındakı çıxışları tarixində 10 dəfə bir futbolçu üç və ya daha çox matçda meydanı qol vurmadan tərk etməyib.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qırmızı-qaralar”ın Premyer Liqadakı ən uzun fərdi qol seriyasının müəllifi Baqali Dabodur.

Fransalı futbolçu ardıcıl 4 oyunda qol sevinci yaşayıb. Bu, 2017/18 mövsümündə gerçəkləşib. Fransalı forvard meydanı qolsuz tərk etmədiyi 4 turda 6 dəfə rəqib qapılarına yol tapıb. Dabo bunu 4 matçda bacaran yeganə futbolçudur. Digər 9 seriya üç qarşılaşmanı əhatə edir.

Filip Ozobiçin hamıdan çox - 2 belə uğurlu seriyası var. O, 2016/17  mövsümünün gedişində iki dəfə üçoyunluq qol seriyasına imza atıb. Xorvatiyalı yarımmüdafiəçi bunların birində 4, digərində 3 dəfə fərqlənib.

Yannik Kamanan 2011/12 mövsümündə ardıcıl üç görüşdə 5, Davit Volkov 2019/20 mövsümündəki seriya zamanı 4 dəfə qol sevinci yaşayıb. Fərzad Hatəmi 2008/09, Cavid Hüseynov 2014/15, Alesksey Qay 2015/16, Stiven Monrozla Ceyms Adeniyi 2018/19 mövsümündə üç ardıcıl turun hərəsində bir dəfə fərqlənməyə nail olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28