Ölkə futbolu
Evimizi sökdülər... YAZI
2006-cı ilin avqustu idi. 2004-cü ildən azarkeşi olduğum “Bakı” klubuna yenicə mətbuat katibi təyin olunmuşdum. Çempionatın 3-cü turunda “Gənclərbirliyi”nə qarşı keçirəcəyimiz oyundan öncə komanda “Delfin otel”də “zbor”da idi.
Futbolda çalışanlar bilir ki, rəsmi oyunlardan 1 gün öncə (bəzən 2 gün də ola bilər) komanda “zbor”a yığışır. O vaxtlar da hələ “Bakı”nın bazası yox idi. Komanda oyunlardan 1 gün öncə o zaman otel kimi fəaliyyət göstərən “Delfin”də məskunlaşırdı. Məşhur otelin 3 korpusundan biri klubun ixtiyarına verilirdi.
Həmin gün komandanın o vaxtkı baş məşqçisi, rəhmətlik Böyükağa Hacıyev hansısa sənəd üçün məni “Delfin”ə çağırmışdı. Bu, “Delfin”ə ilk gəlişim idi. Ona qədər oteldə olmasam da, bilirdim ki, Bakı Sumqayıt şossesinin 9-cu kilometrliyində yerləşən 4 ulduzlu mehmanxana Bakının ən füsunkar, arxitektura quruluşuna görə cəlbedici otellərindən biridir. Şəffaf suyu, bağları, saunası, üzgüçülük hovuzu və restoranları ilə hətta Azərbaycanın hüdudlarından kənarda da məşhurdu. Hə, bir də o dövrdə Türkiyənin ən tanınmış müğənnilərindən olan, tez-tez Bakıya gələn Rafel El Romanın “Delfin”dəki “çapqınlığı” o zaman dillərdə məşhur idi...
...Klubda cəmi 3 gün əvvəl çalışmağa başladığım üçün təbii ki, otelin işçiləri məni tanımırdılar və təxminən yarım saatdan artıq qapıda gözlətdilər. Zaman keçdikcə mən də komanda ilə birgə “zbor”da qalırdım. Daha sonra Böyükağa Hacıyevi baş məşqçi postunda Coko Haciyevski əvəzlədi və makedoniyalının gəlişi ilə mən də “Delfin”in daimi sakininə çevrildim. Makedoniyalı mütəxəssisin “komandaya baza lazımdı” istək-arzusu xələfi Bülənt Qorxmazı gəlişindən sonra reallaşdı.
2009-cu ildə “Delfin” otel kimi fəaliyyətini tam dayandırdı və klubun ixtiyarına verildi. Təxminən ilyarımdan artıq davam edən tikintidən sonra 2011-ci il sentyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Bakı” futbol klubunun yeni təlim-məşq bazasının istifadəyə verilməsi mərasimində iştirak etdi.

İllər keçdikcə baş məşqçilər də dəyişirdi. Bülənt Qorxmazdan sonra komanda müvəqqəti Cüneyt Biçərə tapşırıldı. Ondan sonra Vinfred Şefer, Aleksandr Starkov, Bojidar Badoviç, Milinko Pantiç və İbrahim Uzunca. Adaşım “Bakı”nın Premyer Liqadakı sonuncu baş məşqçisi kimi tarixdə qaldı.
Baş məşqçilər, futbolçular dəyişsə də, komandanın, bizim evimiz dəyişmirdi. Həmin baza o qədər tarixə şahidlik edib ki... O bazadan onlarla futbolçu çıxıb. Hansı ki hələ bu gün də o futbolçulardan 15-i Premyer Liqada oynayır. O bazadan 2012-ci ildə ölkəmizdə keçirilən 17 yaşadək qızlardan ibarət milli komandalar arasındakı dünya çempionatının bütün iştirakçıları məşq üçün istifadə ediblər (Hələ mən onu demirəm ki, həmin mundialın iştirakçılarının məşqi üçün stadion çatışmazlığı var idi və “Bakı”nın bazası tez istifadəyə verilməsəydi, bəlkə də dünya çempionatı Azərbaycandan alınacaqdı).
O bazada kimlər məşq etməyib ki... Portuqaliya, Türkiyə kimi millilər... Kriştiano Ronaldo, Arda Turan kimi ulduzlar... Həmin vaxt uzun fasilədən sonra İspaniya çempionu olan, 3 ildə 2 dəfə Çempionlar Liqasında final oynayan “Atletiko”nun bazaya gəlişi...

2010-cu ildə qazanılan kuboku sevincini elə bazada yaşamışdıq. Finaldan dərhal sonra Hafiz Məmmədovun tapşırığı ilə bütün futbolçular xanımları ilə birgə, əsl komanda, bir ailə kimi qazanılan uğuru səhərə kimi bazada qeyd etmişdik... O bazada mütəmadi olaraq ailələrindən ayrı düşən, akademiyada məskunlaşan azyaşlı futbolçular üçün Novruz bayramı, Yeni il şənlikləri təşkil olunardı. Başqa hansı klubun bazasında həmin bayramların məşhur personajları olan Keçələ, Kosaya, Şaxta Babaya, Qarqıza rast gəlmisiz?..

Ora bizim evimiz idi. Hər daşı, kəsəyi bizə əziz idi. Çünki 29 milyona başa gələn tikinti gözümüzün qabağında aparılırdı. Elə olurdu ki, qışda üstünü qar örtmüş meydanı təmizləmək, məşq saatına qədər hazır olması üçün hər birimiz, hətta klubun rəhbər şəxsləri belə əlinə bel götürüb qazonu qardan təmizləyirdi. Çünki ora bizim evimiz idi...
Amma indi evimizi sökdülər, dağıtdılar. Hər daş parçası bizə əziz olan evimizi uçurtdular. Detallara varmaq istəmirəm, amma əminliklə deyirəm ki, bazanın nəinki sökülməsi, hətta əsl sahiblərindən başqa bir şəxslərə, şirkətlərə verilməsi tam haqsızdır. Ən qısa zamada həqiqət ortaya çıxacaq. Təəssüflər olsun ki, o zaman artıq gec olacaq.
Nə olur olsun, o evdə yüzlərlə insanın xatirəsi var, yüzlərlə azyaşlı futbolda ilk addımlarını məhz o evdə atmışdı. Hər dəfə bazanın yaxınlığından keçəndə fəxrlə “Buranı tanıyırsız da, Azərbaycan futbolunun XXI əsrdəki məbədidi” deyirdim. Yaxud klubun vicdanlı yetirmələri “fəxrlə mən futboldakı ilk addımlarımı məhz burda atmışam” deyirdi. 5 ildən sonra haranı göstərəcəyik? Yaşayış kompleksini? Dünyanın heç bir ölkəsində belə şey yoxdu. Heç uzağa getməyək, bir anlıq təsəvvür edə bilərsiz, hansısa tikinti şirkəti “Fənərbaxça”nın, “Qalatasaray”ın bazasını söküb, yerində yaşayış binası tikir? Əlbəttə, yox. Belə şey qeyri-mümkündü. Buna heç cəsarət belə etməzlər. Bizdə isə...

Göz görə-görə o boyda baza, akademiya söküldü. Amma çoxları buna susdu, o söküntüyə göz yumdu. Sanki heç “Bakı” adlı klub olmayıb. Sanki heç illərlə Azərbaycanın müxtəlif yaş qrupları üzrə komandalarını futbolçu ilə təmin edən “Bakı” akademiyası olmayıb.
Bir neçə gün əvvəl Tərtərə səfər edən dövlət başçımız əksər bölgələrdə olduğu kimi, orada da idman kompleksinin rəsmi açılışını etdi. Dövlətin idmana olan qayğısının nəticəsidir ki, bu gün demək olar ki, Azərbaycanın hər bir şəhər və bölgəsində idman kompleksləri tikilib və orada gənclərin idmanla məşğul olmaları üçün şərait yaradılıb. Amma bunun qarşılığında paytaxtda, gözümüzün önündə o boyda baza, akademiya söküldü. Heç kimin səsi də çıxmadı... Sanki belə də olmalıymış.
Mətbuat qınamıram, onsuz da Hafiz Məmmədovun maliyyə vəziyyəti dəyişəndən sonra “Bakı”ya qarşı ögey münasibət göstərilirdi. Amma heç olmasa, Azərbaycan futbolu naminə səsinizi çıxartmalıydınız. Cəmi 3-5 nəfər reaksiya verdi, vəssalam.

Mətbuat bir yana, klubun öz yetirmələrinin biganəliyi də anlaşılmazdı. Yalnız Aqil Məmmədov istisna təşkil etdi. Futbolda ilk addımlarını “Bakı”da atan “Neftçi”nin qapıçısı bu günlərdə “Futbol+”a müsahibəsində bazanın söküntüsü ilə bağlı xəbəri belə qarşıladı: “Elə bir xəbər oxumuşdum ki, yerində nəsə tikəcəklər. Amma inanmırdım. Düşünürdüm ki, qoymazlar, o boyda bazanı, akademiyanı sökməzlər. Deməyə söz tapmıram. Ora bizim evimiz idi. Allaha and olsun, özümü güclə saxlayıram, deməyə söz tapmıram. Elə bilirəm, orda doğulub-böyümüşəm. Uşaqlığım, gəncliyim, yetkinliyim orda keçmişdi elə bil. Ordan keçəndə ora necə baxacam indi?”
Hə, Aqil, evimizi sökdülər...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- "Sumqayıt"ın baş məşqçisi müəyyənləşdi
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- "Neftçi"dən ayrıldı, sabiq klubuna qayıtdı
- DÇ-2026: Fransa yarımfinalda
- Coko Haciyevski: “Neftçi” kimi, “Sileks” də tarixi klubdur”
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
- "Neftçi"dən böyük hesablı qələbə
- “Zirə”də gözlənilməz ayrılıq
- Nuriyev Macarıstan klubunda
- Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
- “Neftçi” sifariş vərəqəsini UEFA-ya göndərdi
- Tahir Gözel: “Bu, Qurban hocanın da arzusu idi, amma alınmırdı...”
- “Neftçi” azarkeşlərinin gözlədiyi transfer Bakıya gəldi: sabah 3 illik müqavilə imzalanacaq
-
21:27
Yuri Vernidub: “Məsuliyyət tamamilə mənim üzərimdədir”
-
21:00
Azərbaycan stolüstü tennisçiləri Türkiyədə beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar
-
20:39
Qızlardan ibarət basketbol millimiz Şimali Makedoniyaya qalib gəlib
-
20:16
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
-
19:48
Cüdoçularımız üçün dünya çempionatı öncəsi seminar təşkil olunub
-
19:35
Qazaxıstan millisinin baş məşqçisi müəyyənləşdi
-
18:53
Musa Qurbanlı: “Bizim xarakterimizdə təslim olmaq yoxdur”
-
18:24
Elnur Abdullayev: “Özümə və komandama güvənirəm”
-
18:01
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
-
17:48
“Gələcəkdə Qubada Avropa standartlarına cavab verən stadionumuzun olmasını istəyirik”
-
17:17
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
-
17:00
"Səbail" 5 legionerlə müqavilə imzaladı
-
16:36
"Səbail"in İdarə Heyətinin üzvləri açıqlandı
-
16:29
Mirzə Bayrampur: “Hədəflərimiz böyükdür”
-
15:45
Azərbaycanın gənc qolfçusu beynəlxaq turnirin qalibi olub
-
15:13
Tanınmış klubun baş məşqçisi xəstəxanaya yerləşdirilib
-
14:52
Ponomarenko “Qarabağ”a vurduğu qoldan danışdı
-
14:34
“Gəncə”də yeni müqavilə
-
14:08
Bədii gimnastika üzrə 31-ci Azərbaycan çempionatı başa çatıb
-
13:41
Bakı "Azerbaijan Junior Open 2026" beynəlxalq turnirinə ev sahibliyi edəcək
-
13:27
“Qarabağ” hələ tam hazır deyil, amma çox təhlükəlidir”
-
13:00
Azər Məmmədov: "Gəncə stadionunu tam dolduracağıq"
-
12:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:59
"Karvan-Yevlax"dan qapıçı transferi
-
11:13
Murad oynadı, “Pafos” uduzdu
-
10:45
"Sabah" - "Orhus" matçının hakimləri dəyişdirilib
-
10:22
"Qarabağ"ın məğlubiyyəti VİDEO
-
10:08
Azərbaycan UEFA reytinqində neçəncidir?
-
09:54
Mahir İsveç klubuna qarşı 90 dəqiqə oynadı
-
09:31
"Qarabağ"ın potensial rəqiblərinin qarşıdurmasında darmadağın
-
09:17
İqor Kostyuk: "Qarabağ"a daha çox qol vura bilərdik"
-
09:00
Qurban Qurbanov: “Hücumda bir az aqressivlik çatmadı”
-
22:56
“Qarabağ” “Dinamo”ya məğlub oldu
-
21:39
"Kəpəz" "Karvan-Yevlax"a qalib gəldi
-
21:17
"Şəfa" rəhbərliyi komandanın məşqində
-
20:24
Slavik Alxasov I Liqa klubuna keçdi
-
19:00
Boks millimiz Avropa çempionatına Türkmənistanla birlikdə hazırlaşır
-
18:43
Asim Xudiyevə UEFA-dan yeni təyinat alıb
-
17:35
Azərbaycanda şahmatın inkişafı və beynəlxalq əməkdaşlıq müzakirə edilib
-
17:16
"Trabzonspor" Salahla müqavilə imzaladı
-
16:51
"Kürü keçək?! 5"də rekord sayda üzgüçü
-
16:28
AFFA rəsmisinə UEFA-dan təyinat
-
16:02
"Qarabağ"ı Polşada neçə azarkeş dəstəkləyəcək?
-
15:49
"Turan Tovuz" serbiyalı müdafiəçi transfer etdi
-
14:37
Vera Klimoviç Azərbaycan klubunda
-
14:14
"Araz-Naxçıvan" Slavik Alxasovla yollarını ayırıb
-
14:00
DÇ-2018-in qalibi: “Qəbələdə meydançalar əladır”
-
13:23
“Qarabağ” akademiyasında məşqçi təyinatları
-
12:55
Dünya çempionatından sonra "More Than Medals World" layihəsinə start verilib
-
12:16
Sabiq “Araz-Naxçıvan”lı: “Buna görə də “Qarabağ” “Dinamo”ya qarşı daha əsəbi olacaq”
07.08.2026
06.08.2026
























