Ölkə futbolu
Söyəni bildik, bəs söydürənlərə hansı cəza düşür?
AFFA İntizam Komitəsi “Neftçi”nin baş məşqçisi Samir Abasovu 4 oyunluq cəzalandırıb. Abasov "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XI turunun oyunundan sonra hakimi təhqir etdiyi üçün bu cəza ilə üzləşib. Hələ üstəlik, “ağ-qaralar” da buna görə 10000 manat cərimələnib.
Təbii ki, heç kimin digərini təhqir etməyə haqqı yoxdur. Samir Abasov da təhqirə yol veribsə, mütləq cəzalanmalıdır. Bu, birmənalı şəkildə belədir. Lakin məsələnin digər tərəfi var. Samir Abasov hakimə əsəbləşdi, təhqirə yol verdi, cəzasını aldı. Bəs bu söyüşə səbəb olanlar, loru dildə desək, söydürənlərə hansı cəza düşür?
Söhbət “Qarabağ” - “Neftçi” oyunundan getmir. Buna qədər cari mövsümdə dəfələrlə hakim səhvlərinə şahidlik etmişik. Bu baxımdan ən çox əziyyət çəkən isə qeyd-şərtsiz “Neftçi”dir. Hakimlər “ağ-qaralar”ın bu mövsüm 5-7 xalını “yeyiblər”. “Sabah”la oyunda İnqilab Məmmədov “Neftçi”nin lehinə penalti qərarı versə də, sonradan VAR-a gedərək qərarını ləğv etdi. Olan “Neftçi”nin iki xalına oldu. “Zirə” ilə görüşdə bugünə qədər videosu ortaya qoyulmayan kobudluğa görə “Neftçi”nin qapısına penalti təyin edildi? Edildi. Bəlkə də həqiqətən də o epizodda kobudluq olub, lakin fakt budur ki, bu günə qədər ortaya heç bir görüntü qoyulmayıb. Eynən “Neftçi”nin “Araz-Naxçıvan”ın qapısına vurduğu ikinci qolda olduğu kimi. Yəni hara fırladırsan-fırlat, “Neftçi” bu günə qədər hakim səhvləri ucbatından xallar itirib. Təsəvvür edin ki, mövsümün sonunda “Neftçi” məsələn, ikinci yeri tutur və çempion olan X komandadan cəmi 3 xal geri qalır. Bu halda bəs necə olacaq? “Neftçi” deməyəcək ki, ay hörmətli, əziz hakimlər, sizin səhvləriniz olmasaydı, mən indi çempion idim... Deməyəcək? Əlbəttə deyəcək. Amma nə olsun, məşhur “Bala başa bəla” tamaşasında deyildiyi kimi, iş işdən keçəndən sonra tumanbağını bərkitməyin nə mənası?..
Yaxud olmasın “Neftçi”, olsun “Turan Tovuz”. AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere nəhayət ki, özündə cəsarət tapıb hakimlərin səhvini etiraf etdi. Belçikalı dünən hər tur olduğu kimi mübahisəli epizodları şərh edərkən bildirdi ki, Əliyar Ağayevin "Zirə" - "Turan Tovuz" matçında meydan sahiblərinin futbolçusu Brahim Konateyə göstərdiyi qırmızı vərəqəni “sarı” ilə əvəzləməsi yanlış qərar idi. Bəlkə də bu, De Blekerenin cəsarəti deyil e, sadəcə belçikalı da hər tur hakim səhvlərini malalamaqdan bezib. Belçikalının açıqlamasından məlum olur ki, hakimin səhvi ucbatından “Turan Tovuz” çox yaxşı şansdan məhrum olub. Hər halda “Zirə” meydanda 10 nəfərlə qalsaydı, Tovuz klubunun qələbə şansı daha artıq olardı.
Hörmətli AFFA, hakimləri təhqir edənləri cəzalandırırsınız, düz edirsiniz. Bəs bu klubların haqlarını yeyənləri kim cəzalandıracaq? Onların aqibəti necə olacaq? Belə çıxır ki, İnqilab Məmmədov, Əliyar Ağayev, yaxud bir başqası istədiyini edəcək, klublar da, fərqi yoxdur, – bu gün “Neftçi”, “Turan Tovuz”, sabah “Zirə”, “Kəpəz”, birsigün “Şamaxı”, “Karvan-Yevlax” – bunun hərtərəfli cəzasını çəkəcək? Bəlkə bir dəfə də söyənlə yanaşı, söydürənləri də cəzalandırasınız?..
TAĞI
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
14:57
AFFA 6 komandaya texniki məğlubiyyət verib
-
14:38
AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
-
14:14
UEFA reytinqi: Azərbaycan klubları neçəncidir?
-
13:43
AFFA həkimi olmayan klubları cərimələdi
-
13:22
Şamaxıda heyətlər açıqlandı
-
13:05
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
-
12:51
"Qarabağ"ın akademiyasında maarifləndirici seminar keçirilib
-
12:30
"Səbail" Zaqataladan 3 xalla qayıtdı VİDEO
-
12:19
Voleybol millimiz yoxlama oyununda qələbə qazanıb
-
11:46
"Trabzonspor"dan 4 qollu qələbə VİDEO
-
11:27
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:08
"Mlan"dan darmadağın VİDEO
-
10:53
Daha bir güləşçimiz dünya çempionatında finalda uduzdu
-
10:34
"Beşiktaş" Almaniyadan qələbə ilə qayıtdı VİDEO
-
10:12
Əliyar Ağayev Niderlandda heç-heçə şahidlik etdi
-
09:45
Muradın komandası “Atalanta” ilə bacarmadı
-
09:21
Elçin Məsiyevin idarə etdiyi oyunda “Omoniya” sevindi
-
09:10
Azərbaycan Premyer Liqasında 8-ci tur start götürür
-
09:00
Zamiq ehtiyatda qaldı, komandası Konfrans Liqasında ilk xalını qazandı
-
22:03
“Sumqayıt” “Araz-Naxçıvan”la oyuna hazırdır FOTOLENT
-
21:29
Dünya çempionatı: Minifutbol millimizin yarımfinaldakı rəqibi bilindi
-
20:38
Çempionlar Liqasında həftənin oyunçusu o seçildi
-
19:54
I Liqa: Liderdən gözlənilməz məğlubiyyət, “Səbail”dən qələbə
-
18:47
“Sumqayıt”ın heyətində ciddi itkilər
-
18:15
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
-
18:00
Çempionlar Liqasında rekord qeydə alınıb
-
17:36
“İnter”də ciddi itki
-
16:51
“Neftçi” “Qarabağ”la oyundan öncə azarkeşlərə müraciət etdi
-
16:29
Asiya Açıq Turnirində Azərbaycanı 27 cüdoçu təmsil edəcək
-
15:13
Azərbaycan komandası TeamGym üzrə Avropa çempionatında finala vəsiqə qazanıb
-
14:48
U-23 minifutbol millimiz dünya çempionatının pley-offunda
-
14:32
İtaliya klubunda yeni baş məşqçi
-
13:54
Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda çıxış edəcək
-
13:00
Futzal millimizin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
-
12:47
Azərbaycan klubu braziliyalı legionerlə güclənib
-
12:25
Azərbaycanı dünya çempionatında 9 boksçu təmsil edəcək
-
11:56
"Qarabağ" "Neftçi" ilə oyuna hazırlaşır FOTOLENT
-
11:31
Azərbaycan kayakçı və kanoeçiləri beynəlxalq yarışda 4 medal qazanıblar
-
11:09
“Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
-
10:43
"Mançester Siti" - PSJ matçında 6 qol VİDEO
-
10:28
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:14
"Aston Villa" "Fənərbaxça"nı darmadağın etdi VİDEO
-
09:52
DÇ: Günay Qurbanova finalda, Ruslan Nurullayev bürünc medal qazanıb
-
09:30
9 qolluq oyunda "Liverpul" qalib gəldi VİDEO
-
18:25
“Dinamo” - “Kür-Araz” matçında 4 penalti, 10 qol VİDEO
-
17:46
Türkiyə klubunda yeni baş məşqçi
-
16:51
"Kür"ün növbəti rəqibi bəlli olub
-
16:03
Boks millimiz Avropa çempionatında üçüncü yeri tutub
-
15:34
Çexiya - Azərbaycan oyununun hakimləri açıqlandı
-
14:27
Bakıdakı dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
16.10.2026
15.10.2026
14.10.2026
























