26 Aprel 2026, Bazar günü
Saşa İliç qələbəni şərh etdi
XXXI turun oyun cədvəli açıqlandı
“Səbail” darmadağınla ikinci pillədə
"Cəbrayıl" “Mingəçevir”ə qalib gəldi

Ölkə futbolu

"Qarabağ" - "Ayaks" oyununun biletləri satışa çıxdı

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayaks” (Niderland) oyununun biletləri satışa çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşün biletləri bu gün saat 15:00-dan etibarən satışdadır.

Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 AZN;

VIP sektorlar: 200, 250, 300 və 400 AZN;

VVIP sektorlar: 1000 AZN-dir.

Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər.

“Qarabağ” klubu azarkeşlərə bildirir ki, saxta biletlərə aldanmayın. Stadiona giriş yalnız QR bilet ilə mümkün olacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30