10 Mart 2026, Çərşənbə axşamı
Vernidub: "Məğlubiyyətə layiq deyildik”
Kurban Berdıyevdən qələbə şərhi
Azər Bağırov: “Biz iki xal itirdik”
Sadıqov: “...maraqlı deyil”

Ölkə futbolu

Abbasov 1, İliç 4 oyunluq cəzalandı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, iclasda Azərbaycan Premyer Liqasında 13-cü turunun bəzi oyunları ilə bağlı qərarlar verilib.

“İmişli” - “Sabah” oyununda meydan sahibi komandanın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 3000 manat cərimə edilib.

“Şamaxı” - “Sumqayıt” oyununun 88-ci dəqiqəsində “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov rəqib komandanın texniki zonasına aqressiv şəkildə daxil olduğuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb, klub 2000 manat cərimə edilib.

Həmin oyunda “Sumqayıt” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib.

Oyunun 88-ci dəqiqəsində “Sumqayıt”ın baş məşqçisi Saşa İliç rəqib komandanın texniki zonasına qeyri etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə ilə aldığı üçün 4 oyunluq cəzalandırılıb, “Sumqayıt” klubu 10 min manat cərimə edilib.

“Qəbələ” - “Araz-Naxçıvan” oyununun 90+4-cü dəqiqəsində “Qəbələ” komandasının 28 nömrəli futbolçusu Murad Musayev ikici sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalandırılıb, “Qəbələ” komandası 500 manat cərimə edilib.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31