Ölkə futbolu
Azərbaycanda futbol oyunların keçirilməsi qaydası açıqlandı: PFL əsasnaməyə hansı əlavələri etdi?
PFL Azərbaycan Premyer Liqası və Azərbaycan Kuboku oyunlarında reallaşdırılacaq qaydaları açıqlayıb.
Futbolxeber.az-ın məlumatına görə, qurumun rəsmi saytında əsasnaməyə edilən əlavələr yer alıb:
* Stadionda, bazada, informasiya lövhəsində Koronavirus pandemiyasından qorunmağın yolları haqqında məlumatlar öz əksini tapmalıdır.
* Oyunun keçirildiyi stadiona sərbəst giriş-çıxış matçın startından 3 saat əvvəl bağlanmalıdır.
* Oyunlardan öncə stadiona gəlişinə rəsmi qaydada icazə verilmiş şəxslərin hərarəti girişdə yoxlanılmalıdır. Hərarəti yüksək olan şəxsin stadiona girişinin qarşısı alınmalıdır. Stadiona, bazaya gələcək şəxslər mütləq şəkildə tibbi maskadan istifadə etməlidirlər. Bütün bunlara nəzarət etmək üçün stadiona giriş bir yerdən olacaq. Məlum pandemiyanın simptomları aşkarlanan şəxs izolyasiya edilməlidir.
* Oyunun rəsmi nümayəndəsi matçın startından ən azı 2 saat 30 dəqiqə əvvəl stadionda olmalıdır. İclas otağı oyun günü matçın startından 3 saat əvvələ qədər dezinfeksiya edilməli və havalandırılmalıdır. İclasda iştirak edən şəxslər mütləq şəkildə sosial məsafəyə riayət etməlidirlər. AFFA nümayəndəsinin rəhbərliyi ilə keçirilən iclasda hər kəs tibbi maskadan istifadə etməlidir.
İclasda iştirak etməli olan səlahiyyətli şəxslərin siyahısı.
I. AFFA nümayəndəsi
II. Meydan sahibi komandanın nümayəndəsi
III. Qonaq komandanın nümayəndəsi
IV. Nəzarət Buraxılış xidmətinin nümayəndəsi
V. Stadion nümayəndəsi
VI. Polis əməkdaşı
VII. Təcili Tibbi Yardım nümayəndəsi
VIII. FHN (yanğınsöndürən) nümayəndəsi
Xüsusi qeyd: Nümayəndə iclasın gedişində mütləq şəkildə COVID-19-la bağlı danışmalı və təlimata uyğun fikirlərini bildirməlidir.
* İclasdan sonra bütün otaqların dezinfeksiya edilməsinə nümayəndə tərəfindən nəzarət edilməlidir.
* Futbolçular oyuna üzərlərində PFL tərəfindən verilmiş xüsusi “A buraxılışı” ilə gəlməlidirlər. “A buraxılışı”nın istifadə müddəti mövsümün son oyununa kimi uzadılır və üzərində “A buraxılışı” olmayan şəxs stadion, baza ərazisinə daxil ola bilməz. Bu, polis və yerli komandanın Nəzarət Buraxılış xidməti tərəfindən tənzimlənir.
* Komandaların stadion gələn zaman soyunub-geyinmə otağına yollanmaları növbəli şəkildə olmalı və bu zaman oyunçular fiziki təmasdan çəkinməlidirlər.
* Stadionda, bazada, istifadə olunan bütün otaqlarda, “sky-box”ların ümumi girişində, eləcə də sanitar qovşaqlarda dezinfeksiya aparatları olmalıdır.
* Oyunlara yalnız Peşəkar Futbol Liqası tərəfindən qeydiyyatdan keçmiş, oyunun təşkili və qiymətləndirilməsinə cavabdeh olan şəxslər gələ bilər. Müvafiq departamentlər bununla bağlı əməkdaşlarına məlumat versinlər.
* Oyundan öncə hər iki komandanın əvvəlki qaydada tuneldə yoxlanış üçün düzülməsi ləğv olunur. Bu, hər iki komandanın soyunub geyinmə otağının önündə gerçəkləşdiriləcək. Bu zaman futbolçular, eləcə də futbolçularla hakimlər arasında sosial məsafənin qorunması vacibdir. Köməkçi hakim tibbi maska taxmalıdır. Əgər geyim formasında hər hansı problem varsa belə oyunlar nəzərdə tutulan vaxtda başlayacaq. Ən pis halda hansısa komanda az sayda oyunçu ilə (qapıçı xaric) oyuna başlamalıdır. Bu insanların kütlə şəklində uzun müddət birlikdə qalmasının qarşısını alır. Futbolçu formasında yaranmış nasazlığı aradan qaldırdıqdan sonra oyuna qoşula bilər. Komandaların yoxlanılması və meydana daxil olması sırası:
I. meydan sahibi komanda
II. qonaq komanda.
* Fasilə zamanı oyunçulara soyunub-geyinmə otağına getməmələri və stadionda dincəlmələri tövsiyə olunur (ciddi zərurət olmadığı təqdirdə). Əgər komandalar soyunub-geyinmə otağına gedəcəklərsə bu növbəli şəkildə və sosial məsafə qorunmaqla edilməlidir. 1-ci meydan sahibi, sonra qonaq komanda stadionu tərk etməlidir.
* Oyundan sonra sağollaşmalar təmassız edilməlidir.
* Oyundan sonra soyunub-geyinmə və duş otaqlarında sosial məsafənin qorunması, eləcə də meydan sahibi komandanın oyunçularına klubun bazasındakı otaqlarda duş qəbul etmələri tövsiyə olunur.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
10:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
12.11.2026
11.11.2026
10.11.2026
























