8 May 2026, Cümə
XXXI turun hakim təyinatları
Millimiz Litvaya məğlub oldu
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi

Ölkə futbolu

“Qarabağ”ın legioneri: “Azərbaycan millisindən təklif almağım yalandır”

"Birmingem"də olarkən çox gənc idim, amma Yunanıstanda daha çox iş gördüm. İsraildə yaxşı təcrübə topladığımı düşünürəm. İndi də Azərbaycandayam. Bu mənim ən yaxşı şəxsi məqamlarımdan biridir".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Miçel Madera İspaniya mətbuatına müsahibəsində deyib.

İspaniyalı yarımmüdafiəçi Ağdam klubu ilə müqaviləsinin davam etdiyini xatırladaraq qarşıdakı məqsədlərindən danışıb: "Artıq 5 ildir Azərbaycandayam və "Qarabağ"la hələ daha bir illik müqaviləm var. Hazırda çempionatda liderik və yenidən Çempionlar Liqasında mübarizə aparmağa çalışırıq. Amma burada qrupa düşmək daha çətindir. Çünki bunun üçün 4 mərhələ keçməlisən".

Miçel Azərbaycan yığmasından təklif alıb-almaması ilə bağlı sualı da cavablandırıb. O, bu barədə yazılanaları oxuduğunu, ancaq belə bir təklif almadığını deyib: "Belə bir şey oxudum, amma yalandır. Heç vaxt milliləşdirmə təklifi olmayıb".

Qeyd edək ki, Miçel 2015-ci ildən "Qarabağ"da çıxış edir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31