21 Sentyabr 2026, Bazar ertəsi
"Sumqayıt" qələbəni əldən verdi
Kurban Berdiyevdən qələbə şərhi
"Traktor"un qapıçısı "Sumqayıt"da
U-21 millimizin heyəti açıqlandı

Ölkə futbolu

Monteneqrolu qapıçı: "Hamı Azərbaycan millisinə qarşı diqqətli olmalıdır"

"Azərbaycan bizim üçün sərt rəqib olacaq".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Zirə"nin qapıçısı Boyan Zoqoviç UEFA Millətlər Liqasında Monteneqronun Azərbaycan yığmasına qarşı keçirəcəyi oyunlar barədə danışarkən deyib. 

31 yaşlı monteneqrolu qolkiper Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsində Xorvatiyanı təəccübləndirdiyini xatırladıb: "Bu səbəbdən, hamı komandanıza qarşı oynayanda diqqətli olmalıdır".

Zoqoviç qrupdakı digər rəqiblərə nisbətən bu iki kollektivin ilk pillə uğrunda mübarizə aparacağına inandığını vurğulayıb.

Qeyd edək ki, Azərbaycan millisi C Liqasının 1-ci qrupunda Monteneqro ilə yanaşı, Kipr və Lüksemburqla da birgə yer alıb ("Report").

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30