Ölkə futbolu
“Qarabağ” ispan legioneri: "Evdə qalaraq, yemək bişirməyi öyrənirəm"
"Karantin dövründə gündəlik həyatımda elə də çox dəyişiklik baş verməyib. Yeganə fərq ondadır ki, hər gün məşqə yollanmıram. Bir də əvvəllər fürsət düşdükcə həyat yoldaşımla restorana gedirdik”.
Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri “Report”a açıqlamasında “Qarabağ”ın futbolçusu Miçel Madeyra koronavirus pandemiyasına görə karantin rejimindəki məşğuliyyəti barədə danışarkən deyib.
İspaniyalı yarımmüdafiəçi bildirib ki, virusa görə daha çox evdə olur: “Tonusda qalmaq üçün fərdi qaydada hazırlaşıram. Həmçinin ev işlərində həyat yoldaşıma kömək edirəm. Yemək bişirmək bacarığım yox idi. Fürsətdir, həm də bunu öyrənirəm”.
35 yaşlı futbolçu koronavirusa yoluxmamaq üçün nadir hallarda evdən bayıra çıxır: “Sadəcə zəruri hallarda market və aptekə getmək lazım olanda bunu edirəm. Onda da nəfəs yollarımı - burnumu və ağzımı, həmçinin gözlərimi qorumağa çalışıram. Rezin əlcəklərdən istifadə edirəm. Çünki istər-istəməz liftdə düyməni basanda, marketdə nəyəsə toxunanda virus mənə keçə bilər. Buna görə həmin yerləri də qorumağa çalışıram”.
Təcrübəli oyunçu evə qayıdanda xüsusi məhlullarla özünü dezinfeksiya etdiyini vurğulayıb: “Hətta həmin məhlulları üstümdə gəzdirib, lazım olanda əllərimə, üzümə vururam. Normal vaxtda da gigeyena qaydalarına riayət edirdim. Virus yayılandan sonra isə qorunma üsullarını daha da gücləndirmişəm”.
İspaniya koronavirusun ən çox yayıldığı və ağır fəsadlara səbəb olduğu ölkələrdən biridir. Miçel bunun səbəbini belə izah edib: “Bu, elə virusdur ki, sərhəd tanımır. İspaniya turistlərin daha çox səyahət etdikləri ölkələrdəndir. Düşünürəm ki, səbəblərdən biri budur. Amma sevindirici haldır ki, ölkəmdə səhiyyənin səviyyəsi dünyada ən yaxşılardan hesab olunur. Çətin də olsa, səhiyyə işçiləri bunun öhdəsindən gəlməyi bacarırlar. Artıq virusun sürətlə yayılmasının qarşısı alınıb. Ümid edirəm ki, qarşıdakı günlərdə azalmanın da şahidi olacağıq. Bizə ancaq mütəxəssislərin dediklərinə əməl etmək qalır. Belə olsa, tezliklə normal həyatımıza qayıdacağıq”.
Ölkəsindəki vəziyyətə görə narahatlığını gizlətməyən futbolçu yoluxmanın azaldığını bildirib: “Doğrudan da, çox təəssüfləndirici və məyusedici haldır ki, İspaniya koronavirusun ən çox yayıldığı ölkələrdən biridir. Daim xəbərləri izləyir, ölkəmdəki vəziyyəti nəzarətdə saxlayıram. Son günlərdə çıxan xəbərlər nisbətən müsbətdir. Çünki əvvəllər yoluxanların sayı sürətlə artırdısa, indi eyni hal müşahidə olunmur. Artıq çoxlu sağalan var. Təəssüf ki, ölənlərin sayı çox oldu. Bu, təkcə İspaniyada yox, dünyanın bir çox ölkəsində baş verdi”.
İspaniyalı legioner yaxınlarından cəmi bir nəfərin virusa yoluxduğunu bildirib: “Bizim yaşadığımız Asturiya əyalətində koronavirusa yoluxanların sayı İspaniyanın digər regionları ilə müqayisədə nisbətən azdır. Xəstəxanalar digər əyalətlərdəki kimi dolu deyil. Yəqin, biz tərəfin insanları qaydalara daha ciddi əməl ediblər, çölə az çıxıblar. Cəmi bir tanışım bu xəstəliyə yoluxub. Mənimlə eyni yaşda olan biridir. Amma risklər qrupuna daxil deyil, artıq sağalır. Ümid edirəm ki, qısa zamanda normal həyata qayıdacaq”.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının oyunları koronavirusa görə aprelin 14-dək dayandırılıb. Miçel Madeyra 2015-ci ildən "Qarabağ"da çıxış edir.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
-
10:17
Yenidənqurmadan sonra Xankəndidə keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlandı
-
09:52
İslam Nəcəfquliyev və Vilayət Rəhimli beynəlxalq hakimlik dərəcəsi əldə ediblər
-
09:30
Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyada təlim-məşq toplanışına başlayıblar
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
11.11.2026
10.11.2026
09.11.2026
























