10 Avqust 2026, Bazar ertəsi
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Ölkə futbolu

UEFA-dan "Qəbələ"yə 25 min avro

UEFA Gənclər Liqasındakı çıxışına görə "Qəbələ" klubuna ödəniş edib.

Futbolxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, UEFA Gənclər Liqasının cari mövsümünün ödəniş siyasətinə uyğun olaraq, qeyd olunan turnirdə müvafiq komandası iştirak etmiş “Qəbələ” klubunun hesabına səyahət və yerləşmə ödənişi olaraq 25 min avro vəsait UEFA tərəfindən AFFA-nın vasitəçiliyi ilə köçürülüb.

Qeyd edək ki, "Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası bu mövsüm UEFA Gənclər Liqasının 1-ci mərhələsində APOEL-lə ilk görüşdə səfərdə 1:1 hesabı ilə heç-heçə etsə də, doğma meydanda 0:1 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31