4 Iyun 2025, Çərşənbə
Əhmədzadə “Zirə”dən getdi
“Neftçi” iki legionerlə yolları ayırdı
"Sumqayıt" 3 futbolçusu ilə vidalaşdı
“Neftçi” qızıl medallara qovuşdu

Ölkə futbolu

“Səbail” üçün uğursuz yubiley

Azərbaycan Premyer Liqasının XIV turunda “Zirə”yə 1:4 hesabı ilə uduzan “Səbail” öz qapısından 100-cü topu buraxıb.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi mməlumata görə, ölkə çempionatının yüksək dəstəsində 2017/18 mövsümündə debüt edən paytaxt klubu burada keçirdiyi 70-ci qarşılaşmada “100-ə” çatıb. “Dənizçilər”i məyus edən yubiley qolunun müəllifi “Zirə”nin futbolçusu Tellur Mütəllimov olub. “Səbail” bu 100 qoldan 44-nü evdə, 56-nı səfərdə buraxıb. “Səbail” Premyer Liqada 100 və daha çox qol buraxan 37-ci komanda olub.

Qeyd edək ki, “Səbail”in qapısına ilk qolu da “Zirə” vurub. 2017-ci il avqustun 13-də Milan Duriç ev oyununda qonaqları məyus edib. Qəsəbə təmsilçisi ev görüşündə 2:1 hesabı ilə qalib gəlib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30