30 May 2025, Cümə
Millimiz İngiltərəyə qalib gəldi
Mustafazadə final oyunu haqda
“Difai” I Liqadakı yerini qorudu
Konate rəsmən “Zirə”də

Ölkə futbolu

“Onların cəzasını verəcəyik"

“Planlaşdırdığımız kimi oldu. Çətin oyun olacağını bilirdik. "Sumqayıt" öz meydanında yaxşı oyun sərgiləyir".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 14-cü turunda səfərdə "Sumqayıt"la heç-heçə etdikləri  oyundan (1:1) sonra mətbuat konfransında deyib.

Görüşü şəhr edən çalışdırıcı qırmızı vərəqə alan Anar Nəzirov və Qismət Alıyevi cəzalandıracağını bildirib: "İlk dövrənin son oyunu idi, uduzmaq istəmirdik. Oyunun keyfiyyətindən razı qalmadım, ancaq komandamı təbrik edirəm. Oyunu doqquz oyunçuyla bitirdik. Amma burada hakimlik heç nə yox idi. Hər iki qırmızı vərəqə bizim oyunçulara görə oldu. Kodeksə uyğun cəzalanacaqlar. Onların cəzasını özümüz verəcəyik".

 Baxşıyev heyətinn gücləndirilməsi barədə isə bunları deyib: "Futbolçularımıza marağın olması, bizi sevindirir. Müqaviləsi bitən futbolçuların sözləşməsinə yenidən baxılacaq. Oyunçuları komandada saxlamaq istəyirik”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31