25 Yanvar 2026, Bazar günü
Millimiz Danimarkaya qalib gəldi
"Qarabağ" "Kəpəz"ə məğlub oldu
Millimizin üzvü Bundesliqa klubunda
Sadıqov: “Vəziyyət pisə doğru gedir”

Ölkə futbolu

Elmar Baxşıyev: “Bundan artığına layiqik”

“Dövlət Bayrağı Günü münasibətilə xalqımızı təbrik edirəm. Azarkeşlərimizi bu bayrama görə sevindirmək istəyirdik. Komanda əlindən gələni etdi və qələbə qazandı. Gənc komanda üçün qələbə qazanmaq çox sevindiricidir. Komandamızda yetərincə gənc oyunçular var ki, bu qələbə onlar üçün əlavə motivasiyadır. İbrahima Niassenin komandaya qoşulmağını mən xahiş eləmişdim. O, artırmağa qadirdir. Onun təcrübəsi bizə çox lazım olacaq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin çalışdırıcısı Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 11-ci turunda "Səbail"ə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat kofransında deyib.

"Məğlub olduqdan sonra da bu komandaya inanırıq. Komandanın potensialını görürük, bundan artığına layiqik. Sonadək üzərimizə düşənə edəcəyik ki, daha yuxarı mövqelərə yaxınlaşaq. Məqsəd oyun keyfiyyətlərini artırmaq və gənclərin təcrübə toplamasıdır. Davit Volkov zədələndiyi üçün özü əvəzlənməsini istədi. Bu, mikrozədədir. “Sabah”la oyunda daha yaxşı oynasaq da, qol imkanlarından yararlanmadıq", - deyə o bildirib.

E.Baxşıyev komandada çox gənc futbolçular olduğunu vurğulayıb: "Təcrübə baxımından geri qalırıq. Bunu istək və əzmkarlıqla kompensasiya edirik. Daha fərqli komanda görəcəksiniz, məzmunlu və baxımlı futbol göstərəcəyik. Bu epizodları yaratmaq da müsbət məqamdır və sevindiricidir. Bu imkanlardan yararlanmağın üzərində işləyib, istifadə ilə bağlı çatışmazlığı aradan qaldıracağıq”.

 

 

           

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31