Ölkə futbolu
Cavid Hüseynov: “Bütün futbolçular üzülmüşdü, biri əlini divara vururdu, biri masaya”
Azərbaycan millisinin futbolçusu Cavid Hüseynov AVRO-2020-nin seçmə mərhələsində Macarıstan yığmasıyla səfər matçından sonra müsahibə verib. Futbolxeber.az saytının məlumatına görə, ikinci hissədə meydana daxil olan 31 yaşlı yarımmüdafiəçi əvvəlcə 0:1 hesabıyla uduzduqları görüşü şərh edib.
- Sözün düzü, oyunun ağır keçəcəyi əvvəlcədən bizə bəlli idi. Çünki rəqib Xorvatiya səfərindən 0:3 hesablı məğlubiyyətlə qayıtmışdı. İstər-istəməz şansları da var idi. Bilirdik ki, ilk 20-25 dəqiqə təzyiqdə oynayacağıq. Rəqibin bu təzyiqi də bəhrəsini verdi, qolu tez buraxdıq. Bundan sonra futbolçularımız bir az rahatlaşmağa başladı. Matçın gedişini də gördünüz. Düşünürəm ki, 1 xal bizim üçün yaxşı nəticə idi. Amma hakimin səhvindən əlimizdən alındı.
- Uels, Xorvatiya, Bəhreyn və indi də Macarıstan. Qəribə bir tendensiyanı görürük ki, komandamız qol buraxandan sonra oynamağa başlayır....
- Azərbaycanın futbolçuları o qədər inamsız təsir bağışlayır ki, açığı, hər bir ölkəyə gedəndə - rəqiblərinin adını deyim, necə deyim düz çıxsın - təzyiqlə başlayırıq. Belə desəm, daha düzgün olar. Sanki artıq 0:1 hesabıyla məğlubuq. Qol buraxdıqdan sonra başlayırıq oynamağa, rahatlaşırıq. Diqqətimizi, konsentrasiyamızı cəlb etsək, biz də onlar təzyiq edəndə, öz oyunumuzu göstərməyə başlasaq, soyuqanlılıqla sonluğu yaxşı gətirə bilirik. İlk dəqiqələrdə isə oyun bizdə alınmır, bu problem bizdə var.
- Fasilədə baş məşqçi nələr edi ki, komanda ikinci hissədə qapıya nəhayət, 87-ci dəqiqədə də olsa zərbə vurdu? Və əvəzetmətlərdən sonra nələr dəyişdi ki, komandamız artıq rəqibi sıxmağa da müəssər oldu?
- Fasilə zamanı 5 dəqiqə otaqda oldum, uşaqlarla söhbətləşdim və sonra çıxdım çölə. Baş məşqçinin nə dediyini yalan deyərəm. Əvəzetmələri edəndə, mövqelərimizi bildirdi, harda necə oynamağı tapşırdı. Çalışdıq ki, nəsə edək, heç olmasa 1 xalı götürək, çünki hesab 0:1 idi. İnanırdım ki, tarazlığı bərpa edəcəyik. Çünki hər komandaya qol vurmuşduq, belə uğurlu seriyamız vardı. Son dəqiqəyədək inanırdım qol vuracağımıza, ancaq belə alındı.
- İki hissə ərzində oyunda fərq niyə belədi?
- İlk hissədə gözləyirdik ki, rəqibin hücumunun ardı-arası kəsilməyəcək. Bu xofmu, nədimi, hiss olunurdu ki, uşaqların bədənlərində var idi. Soyuqanlılıq göstərmək mümkün deyildi. Bəli, qol buraxandan sonra 30-cı dəqiqədə toparlanmağa, hücumlar etməyə başladıq. Bu, qıraqdan da görünürdü. Sonradan da göründü ki, bu rəqiblə oynamaq mümkündü. Bu, onsuz da həmişə belə olub. Qolu buraxandan sonra başlayırsan oynamağa, görürsən ki, rəqibin gücü ideal deyil.
- Millinin ən təcrübəli futbolçususan. Bu, 0:1 növbəti matçadək - Uelslə Bakıdakı görüşədək beyninizdən əriyib gedəcəkmi ki, halal xalımızı əlimizdən aldılar?
- Bilirsiniz, bunu məcburuq etməyə. Çünki bu oyun qurtardı getdi. Olanla yaşasaq, yaşamaq mümkün deyil, çox da qabağa gedə bilmərik. Bu gün oyun oldu, sabah artıq unutmaq lazımdı.
- Qalanları da unudacaqmı?
- Məcbur unutmalıdırlar. Çünki başqa yolumuz yoxdu. Hər bir oyundan sonra belə olmalıdı.
- Bu sirri bəlkə açasan - paltardəyişmə otağında ağlayan yox idi?
- Yox idi. Sadəcə, çox məyus idik. Bütün futbolçular üzülmüşdü - A-dan Z-dək. Belə deyim ki, biri əlini divara vururdu, biri masaya (Sport24.az).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
12.11.2026
11.11.2026
10.11.2026
























