5 Avqust 2026, Çərşənbə
Yunuszadə Türkiyə klubunda
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq

Ölkə futbolu

"Qəbələ" 18 futbolçuyla Kiprə yollandı

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası Kiprə yollanıb.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsində APOEL-lə qarşılaşacaq “qırmızı-qaralar” bu gün günorta saatlarında Nikosiyaya çatıb.

Famil Xəlilovun baş məşqçisi olduğu komanda günün ikinci yarısında Kiprdə ilk məşqinə çıxıb. Hazırlıq prosesində U-19-un səfərə yollanan 18 futbolçusu iştirak edib. Bunlar Vüsal Məsimov, Rüstəm Nuruyev, İdris İnqilablı, Fərid İsgəndərov, Nicat Oruclu, Nicat Əliyev, Təbriz İsazadə, Xəyal Muradov, Məhəmməd Məhərrəmov, Əli Mürsəlov, Müşfiq Nadirov, Əmrah Məmmədli, Veysəl Rzayev, Emil Səfərov, Samir Məhərrəmli, Rüfət Əhmədov, Nemət Şıxəmirov və Rauf Məhərrəmovdur.

Komanda sabah oyunöncəsi son məşqinə çıxacaq.

 

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31