Ölkə futbolu
"Qarabağ"ı Qarabağa görə yox...
Günlərdir gözlədiyimiz oyun dünən baş tutdu. Amma təəssüf ki, nəticə gözlədiyimiz kimi alınmadı. Yəqin, razılaşarsız ki qəlbimizin dərinliyində çoxumuz "Ayntraxt"ın güclü olduğunu bilirdik. Lakin yenə də "Qarabağ"a inanırdıq. Çünki "Qarabağ" bizi daim qələbələrə öyrəşdirib. "Rusenborq", "Visla" kimi komandalar da püşkdən sonra favorit göstərilirdilər. Gəl ki, yekunda "Qarabağ" bizi sevincə boğdu. Təəssüf ki, bu dəfə təəssüfləndik. Uduzduğumuza görə yox, rəqibin "Ayntraxt" olduğuna görə. Amma yenə də bu yenilgiyə görə kimisə günahlandırmaq düzgün deyil. İndi bəziləri "Qurbanov Leroy Corcu dəyişməliydi, Muarrem o topu vurmalıydı" və s. və i.a. kimi fərziyələr irəli sürürlər. Buna baxmayaraq, dünənki məğlubiyyətə görə kimisə günahlandırmaq yersizdi. Sadəcə, səviyyə fərqi öz sözünü dedi. Vəssəlam.
Oyundan sonra sosial şəbəkələrin birində oxuduğum bəzi fikirlər məni bu yazını yazmağa vadar etdi. Qətiyyən razılaşmadığım fikir "Avrokuboklarda "Qarabağ" "Neftçi"nin kölgəsində qalıb"dı. Bununla razılaşmaq doğurdan da mümkün deyil. Çünki "Neftçi" bizi yalnız ötən il sevindiribsə, Ağdam klubu son illər sevinc mənbəyimizə çevrilib. Ötən il "Neftçi" tarix yazdı. Bunu hamımız dərk və qəbul edirik. "Neftçi"nin sevincinə görə hamımız sevindik və fəxr etdik. Gəl ki, həmin vaxt əksər mütəxəssislər də bildirdilər ki, "Neftçi"nin uğurunun təsadüf, yoxsa qanunauyğunluq olduğu gələn il bəlli olacaq. Əgər, "Neftçi" ardıcıl ikinci il bu uğuru təkrarlasa, deməli komanda həqiqətən də bu uğura layiqdi. Təəssüflər olsun ki, builki nəticələr "Neftçi"nin uğurunun təsadüf olduğunu göstərdi. Çünki komanda bir il qrupa düşüb, növbəti ildə elə ilk mərhələdəcə mübarizəni dayandırırsa, deməli ötənilki uğur təsadüf olub. Amma "Qarabağ"ın çıxışına təsadüf adını yapışdırmaq ən azından günah olar. Komanda son 5 il, avrokuboklarda iştirak etdiyi 4 il ərzində isə 3 dəfə play-offa adlayıb, bir dəfə isə üçüncü mərhələdə "Brügge" kimi güclü rəqibə uduzubsa, buna necə təsadüf demək olar? Axı, bu, insafsızlıq olar? Odur ki, cənabla, gəlin özümüzü aldatmayaq.
Başqa bir məqama da toxunmaq istəyirəm. "Qarabağ"dan söhbət düşən kimi bəziləri deyir ki, "Qarabağ" Ağdamındı, köçkün komandadır və s. Məhz bu məqama görə çoxları "Qarabağ"a simpatiya bəsləyir. Bu fikir isə başdan-ayağa cəfəngiyatdır. Birincisi, gəlin özümüzü aldatmayaq, saxta patriotluq nümayiş etdirməyə ehtiyac yoxdur. "Qarabağ"a köçkün komandadır deyə, minnət qoymaq lazım deyil. Əgər, itirilmiş torpaqlarımızın komandasına belə hörmət qoyanıqsa, nəyə görə illərdi birinci divizionda gün keçirən "Şuşa"ya yaxın duran tapılmır? Ağdam bizimdi, Şuşa yox? Yoxsa, bəlkə xəbərimiz yoxdur, Ağdamı işğal ediblər, Şuşanı yox? Köçkün komandaları belə sevəniksə, elə "Şuşa"ya da dayaq duraq da, niyə durumuruq? Odur ki, "Qarabağ" yaralı yerimiz olduğuna görə sevilir" fikrini dağıtmaq lazımdır. "Qarabağ" "Qarabağ" olduğuna görə sevilir. "Qarabağ" Qurban Qurbanova görə sevilir. "Qarabağ" sərgilədiyi oyuna görə sevilir. "Qarabağ" Avropada adından söz etdirdiyinə görə sevilir.
ELMAN
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
12.11.2026
11.11.2026
10.11.2026
























