Ölkə futbolu
Qurban... YAZI
Mərhum Aydın Məmmədovun bir sözü vardı, deyirdi ki, bu xalq həmişə qəhrəmanlarını gözü önündə görmək istəyib – fərqi yoxdu, ya tribunada, ya da dar ağacında. Əslində, adamı bir anın içində göylərə qaldıran da, yerlə bir eləyən də eyni təfəkkürdü. Çalış həmişə qalib ol – qalibsənsə, başüzərində, göz üstündəsən, çalış məğlub olma – məğlubsansa, yerin dibinə girməyi də düşün. Ta sənin hansı situasiyada, hansı qeyri-bərabər döyüşdə uduzmağın heç kəsin, türklər demiş, umrunda belə deyil...
Bu gün “Qarabağ” uduzdu. Çox yox, 5-10 gün qabaq qalib gəlmişdi. Amma o gün qələbəyə şərik çıxan bir çox azarkeş bu gün məğlubiyyəti birbaşa komandanın, onun baş məşqçisi Qurban Qurbanovun ayağına yazmağa çalışdı - “Biz qalib gəldik” nidasını “Komanda uduzdu” anti-nidası əvəz elədi. Mən “Media” sektoru deyilən yerdən izləyirdim oyunu - əksəriyyəti idman jurnalistləri idi. “0-1”dən sonra komandanı təftiş eləyənlər 0:2-dən sonra 5-10 gün əvvəl qəhrəman kimi gördükləri Qurban Qurbanova da dil atmağa başladılar – “Filankəsi niyə çıxartmir oyundan?” ittihamı ilə.
Oyun bitti. Uduzduq. Hamımız məyus olduq. Qurban Qurbanov yenə təmkinini pozmadı və jurnalistlər qarşısında real mənzərəni anlatdı öz düşüncəsiylə. Və bugünkü Qurban Qurbanovla 5-10 gün əvvəlki qalib Qurban Qurbanovu müqayisə eləsək, mən bugünkü Qurban Qurbanovu daha çox bəyəndim – ona görə ki,onun təsadüfi adam olmadığını gördüm, ona görə ki, onun hardan hara getdiyini çox yaxşı bildiyini və bu yolda ardıcıl olduğunu gördüm...
Qurban Qurbanov dedi ki, azarkeşləri sevindirmək üçün maksimum gücümüzü sərf etdik, ancaq təəssüf ki, bu gün uduzduq. Qurban Qurbanov dedi ki, heç vaxt belə məyus olmamışdı...
Mənim üçün önəmlisi də budu. Bu adam neçə illərdi öz yolu ilə gedir – doğru bildiyi yolla gedir, ən yaxşı bildiyi işi görə-görə gedir və bu işi hamıdan yaxşı, cani-dildən görə-görə gedir. Ruhdan düşmür, təmkinini itirmir. Elə buna görədi ki, bu adam neçə illərdi hamını “Qarabağ” təəsübkeşi eləyib. Elə bunu görədi ki, bu adam neçə illərdi yaratdığı komanda ilə Avropanı “Qarabağ”, “Azərbaycan” sözlərini yanaşı tələffüz eləməyə məcbur eləyə bilib. Elə buna görədi ki, bu adam neçə illərdi minlərlə yeniyetməni, minlərlə gənci “Qarabağ”ın fanatına çevirib. Ona görə ki, öz işini sevir. Ona görə ki, öz işini vicdanla görür. Ona görə ki, gördüyü işin uzaq nəticədə uğur qazanacağına inanır.
Bugünkü oyuna görə Qurban Qurbanovu qınayanları gördüm. Amma gəlin görək biz hamımız öz işimizə Qurban Qurbanov kimi vurğunuqmu? Gəlin görək biz Qurban Qurbanov kimi öz işimizlə neçə-neçə yeniyetməni, gənci doğruya, çətin olan işə girişməyə inandıra bilirikmi?
Belə adamlar özlərinə və gördükləri işə inanırlar və öz inandıqları iş uğrunda qurban da getməyə hazır olurlar – Qurban Qurbanov kimi! Onlar üçün nəticənin fərqi yoxdu - ya tribuna olsun, ya da dar ağacı.
Yusif RZAYEV, Qol.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
12.11.2026
11.11.2026
10.11.2026
























