31 May 2025, Şənbə
Elşad Quliyevdən qələbə şərhi
Millimizin finaldakı rəqibi məlumdur
Millimiz dünya çempionatının finalında!
Finalın hakimləri müəyyənləşdi

Ölkə futbolu

“Səbail”dən 10-cu ev qələbəsi

Premyer Liqanın 2019/20 mövsümünə “Zirə” üzərində qələbə ilə başlayan “Səbail” yubiley uğuruna imza atıb.

Futbolxeber.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, “ASCO Arena”da 1:0 hesabı ilə qalib gələn bakılılar ölkə çempionatlarının yüksək dəstəsində 10-cu ev qələbəsinə nail oldular. Premyer Liqada 2017/18 mövsümündə debüt edən bakılılar həmin vaxt 4, növbəti çempionatda 5 dəfə öz meydanında qalib gəlmişdilər. Yubiley qələbəsi “Səbail”in 29-cu ev qarşılaşmasına təsadüf etdi. Çempionatlar tarixində 10 və daha çox qələbə qazanan 45-ci komanda olan “dənizçilər” bu göstəricidə “Ümid”ə (Cəlilabad) çatdı. Bakılılar ilk uğurunu 2017-ci il avqustun 19-da “Neftçi” ilə matçda əldə etmişdilər - 1:0.

Qeyd edək ki, Premyer Liqada ən çox ev qələbəsi qazanan komanda “Qarabağ”dır - 258.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31