Ölkə futbolu
Belə danışmaqdansa... (QEYD)
Ötən həftəsonu Azərbaycan futbolu üçün uğursuzluqla yadda qaldı. Əvvəlcə “Qarabağ” səfərdə qələbə qazanmasına (2:1) baxmayaraq, öz meydanında APOEL-dən 2 cavabsız qol buraxaraq Çempionlar Liqasında mübarizəni dayandırdı. Daha sonra isə “Neftçi” İsraildə “Bney Yehuda”ya məğlub olaraq Avroliqayla vidalaşdı. Hər 2 qarşılaşmadan sonra təmsilçilərimizin uğursuzluğa düçar olması barədə kifayət qədər danışılıb. Bizim toxunmaq istədiyimiz məqam başqadır.
Xatırlayırsınızsa, “Dandalk”la cavab oyunundan sonra “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl “Bu, tarixin ən güclü “Qarabağ”ıdır” açıqlamasını vermişdi. Hələ həmin vaxt bu fikir ciddi qəbul olunmamışdı. Elə APOEL-dən Bakıda alınan 0:2 hesablı məğlubiyyət də Gözəlin açıqlamasının nə qədər yanlış olduğunu göstərdi. Çempionlar Liqasında pley-offa belə yüksələ bilməyən hazırkı heyət necə tarixin “ən güclü “Qarabağ”ı ola bilər?
Ümumiyyətlə, “Qarabağ”ın vitse-prezidentinin açıqlamalarında bir məqam diqqətimizi çəkib. Tahir Gözəl demək olar ki, hər fürsətdəcə, nəticədən asılı olmayaraq diqqəti maliyyəyə yönəldir. APOEL-lə oyundan sonra jurnalistlərin yeni transferlə bağlı sualına klub rəhbəri belə cavab verib: “Xeyr, bunun üçün infrastruktur, gəlir olmalıdır. “Qarabağ”ın sponsordan başqa gəlir yeri yoxdur. Avropa klubları kimi futbolçu alıb, sata bilmirik... “Qarabağ”ı “Azersun” şirkəti himayə edir. İmkanlarımız nəyə çatır, yavaş-yavaş gedirik. Bundan artığına imkan yoxdur”.
Tahir Gözəlin bu açıqlaması kifayət qədər təzadlıdır. Birincisi, son illər “Qarabağ” Avropadakı uğurlu çıxışı sayəsində UEFA-dan heç də az olmayan vəsait əldə edir və bu məbləğ klubun 1 illik büdcəsinin böyük bir hissəsini təşkil edir. “Azersun”un Ağdam klubuna ayırdığı məbləğ elə də böyük deyil. Üstəlik də, lap həmin məbləğ böyük olsa belə, Tahir bəyin bundan gileylənməyi düzgün olmaz. Çünki “Azersun” şirkətinin qazandığı vəsait kifayət qədərdir və həmin pulla 1 deyil, yeri gəlsə 5 komandada saxlamaq olar.
Digər tərəfdən də hələ bir neçə il öncə “Qarabağ” Avropa səviyyəli klubdur” deyən T.Gözəlin indiki açıqlaması Avropa səviyyəli klubun rəhbərinə nə dərəcədə uyğundur? Siz hansısa Avropa səviyyəli klubun rəhbərinin “İmkanımız buna çatır” deməsinə şahid olmusuz?
Ötən il BATE ilə oyundan öncə müsahibəsində Tahir Gözəl Riçard Almeydanın mümkün qayıdışı ilə bağlı sualı belə cavablandırmışdı: “Riçard kimi futbolçuları Azərbaycana gətirmək çətindir. Klubun büdcəsi buna icazə vermir”.
Göründüyü kimi, “Qarabağ”ın vitse-prezidenti hər imkanda klubun büdcəsinin azlığından şikayətlənir.
Bir neçə il əvvəl “Yanq Boyz”la oyundan sonra zarafatca “Rövnəq Abdullayevdən mükafat gözləyirik” deyən Tahir bəy unutmamalıdır ki, məhz “Qarabağ”ın qazandığı uğurlar sayəsinə “Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə” dövlət başçımız tərəfindən “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib, “Azersun”dakı fəaliyyətinə görə yox.
“Qarabağ”ın ardınca Avropa səhnəsində məğlubiyyətlə üzləşən “Neftçi”nin rəhbərliyində yer alan şəxslər əvvəlcə “Bney Yehuda” ilə oyundan sonra danışmadıqlarına görə tənqid olundular. Çox keçmədi və məlum oldu ki, “ağ-qaralar”ın prezidenti Kamran Quliyev İsrailə apardıqları media nümayəndələrinin suallarını cavablandırıb. K.Quliyevin müsahibəsində ən çox müzakirə olunan məqam dediyi “Bizim üçün ən minumum "Sperantsa"nı keçmək idi” cümləsidir.
Klub rəhbərinin bu açıqlaması istər azarkeşlər, istər sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirə olundu. Kamran Quliyev növbəti cümlələrdə fikrini əsaslandırmağa çalışsa da, transferlərə və mükafatlara ayrılan pulu nəzərə almasaq, aylıq büdcəsi 800 min manat (təxminən yarım milyon dollar) olan klubun prezidenti “Bizim üçün ən minumum "Sperantsa"nı keçmək idi” deməməlidir. Xüsusən də bu klub “Neftçi”dirsə. Bunu “Səbail”in, “Sumqayıt”ın prezidenti deyə bilər, amma “Neftçi”nin rəhbəri yox.
Halbuki “Neftçi”yə tarixi ərzində ən böyük uğurları qazandıran prezident - Sadıq Sadıqovun dövründə məğbluyyətdən sonrakı ab-hava fərqli olurdu. Bir neçə il əvvəl Avroliqanın pley-offunda evdə “Partizan”dan alınan məğlubiyyətdən sonra klubdakılar utandıqlarından heç adam içinə çıxmırdılar, prezidentdən tutmuş klubun sıravi əməkdaşına qədər. İndi isə “Neftçi” sanki üçüncü mərhələdə mübarizəni dayandırmağa sevinir...
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
- Maksimov məğlubiyyəti şərh etdi
-
10:17
Yenidənqurmadan sonra Xankəndidə keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlandı
-
09:52
İslam Nəcəfquliyev və Vilayət Rəhimli beynəlxalq hakimlik dərəcəsi əldə ediblər
-
09:30
Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyada təlim-məşq toplanışına başlayıblar
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
-
10:21
Mahirdən qol ötürməsi, “Rakuv”dan qələbə
-
10:09
"Liverpul" qələnə həsrətinə son qoydu VİDEO
-
09:52
Nəriman yenə ehtiyatda qaldı
-
09:30
"Barselona"dan əzmkar qələbə VİDEO
-
21:42
Millimiz Latviyaya məğlub oldu
-
20:49
"Şamaxı"dan əzmkar heç-heçə VİDEO
-
20:11
“Çempionatın ən gənc komandasıyıq”
-
19:26
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi
-
19:00
“Araz-Naxçıvan”ın futbolçusu üçün yubiley
-
18:37
"Sumqayıt" səfərdən 1 xalla qayıtdı VİDEO
-
18:16
Filipe Kandido: “Rəqibdən yaxşı oynadıq, amma bu, qələbə üçün kifayət etmədi”
-
15:43
Şahrudin Məhəmmədəliyev 100-ə çatdı
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
10.11.2026
09.11.2026
08.11.2026





















.jpeg)

.jpg)
