25 Mart 2026, Çərşənbə
"Neftçi" məşqləri bərpa etdi
Millimiz Bolqarıstanla heç-heçə etdi
“Qarabağ”a qarşı namərdlik
Cavadovdan “Dinamo”ya dəstək

Ölkə futbolu

"Qarabağ"ı keçmək üçün hər şeyi edəcəyik"

"Son günlər fasiləsiz məşq edirik. Bakıdakı oyun çox çətin olacaq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Albaniyanın "supersport" nəşrinə açıqlamasında "Partizani"nin yarımmüdafiəçisi Yasir Asani deyib.

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"la Bakıda keçirəcəkləri cavab oyunu haqda danışan yarımmüdafiəçi rəqibi keçmək üçün hər şeyi edəcəklərini bildirib:

"İlk dəqiqələrdə ehtiyatlı oynayacağıq. Çünki "Qarabağ" güclü komandadır. Onları əks-hücumlarda yaxalamaq istəyirik. Mərhələni keçmək üçün mümkün olan hər şeyi edəcəyik. Düşünürəm ki, şanslar bərabərdir. Bizim də yaxşı komandamız var. Əsas məsələ qələbə qazanmaqdır. Yenə hamını təəccübləndirməliyik".

Sonda isə Asani bildirib ki, "Partizani"dəki gələcəyi "Qarabağ"la cavab oyunundan asılı olacaq.

Qeyd edək ki, iyulun 17-də "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Partizani" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Albaniyadakı ilk qarşılaşmada hesab açılmayıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31