5 Avqust 2026, Çərşənbə
Yunuszadə Türkiyə klubunda
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq

Ölkə futbolu

İspaniyalı yarımmüdafiəçi "Qəbələ"də

2019/20 mövsümünə hazırlığını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.
 
Futbolxeber.az saytının məlumatına görə, bunadək Kamal Mirzəyev və Sadiq Quliyevi heyətinə qatan “qırmızı-qaralar” ispaniyalı futbolçu Fernan Ferreyra Lopeslə anlaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
24 yaşlı mərkəz yarımmüdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb.
 
Viqo şəhərindən olan futbolçu yerli “Selta” klubunun yetirməsidi. O, 2011-14-cü illərdə bu klubun B komandasında çıxış edib. Karyerası ərzində “Kompostela”, “Çoko” və “Ximnastika Seqoviana”da da oynamış Lopesin son komandası “Barakaldo” olub. Yarımmüdafiəçi Sequndanın B divizionunun 2018/19 mövsümündə bu klubda keçirdiyi 22 oyunda 1 qol vurub.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31