22 Mart 2026, Bazar günü
Qərəz, yoxsa antipatiya? - YAZI
Axundzadə MLS-də debüt etdi
“Turan Tovuz”dan vacib qələbə
Hidayət bürünc medal qazandı

Ölkə futbolu

Ruslan Qurbanov: "Belə hesabla uduzmağa bəhanə ola bilməz"

Milli komandamızda çıxış etmiş Ruslan Qurbanov Futbolxeber.az saytına açıqlama verib.
 
Qurbanov yığma komandamızın son çıxışını dəyərləndirib. O, Slovakiya ilə matçdakı məğlubiyyətini belə şərh edib:
 
"Slovakiya yığması ilə görüşdə necə uduzduq? Rəqib hər yaratdığı şansdan istifadə etdi. Unutmayaq ki, rəqibin heyətində hansı səviyyədə futbolçular çıxış edirdi. Onların səviyyəsi hamıya məlumdu. Amma təbii ki, belə hesabla uduzmağa bəhanə ola bilməz. Futbolda belə şeylər olur. Əminəm ki, uşaqlar da çox üzüldü. Millimizin futbolçularına dəstək lazımdı, tənqid isə hər zaman olar. Hər halda bu vəziyyətdə azarkeşlər də haqlıdı. Bu məğlubiyyətlərdən sadəcə dərs çıxarmaq  və irəliyə baxmaq lazımdı".
 
Hücumçu millimizin AÇ-2020-nin seçmə mərhələsində ardıcıl üç oyunu uduzmasına baxmayaraq qarşıdakı görüşlərdə millimizin uğurlu nəticə qazanacağına inanır:
 
"Məncə, millimiz qarşıdakı oyunlardan xal qazana bilər. Futbolda mümkünsüz heç nə yoxdu. Əsas odu ki, dərs çıxarıb və irəliləmək lazımdı".







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31