Ölkə futbolu
“Xəzər Lənkəran”dakı futbolçunun yalnız bir problemi olmalıdır - meydanda “döyüşmək”
“Xəzər Lənkəran”ın tarixində özünəməxsus yeri olan, yaxın keçmişdə komandanın şərəfini qorumuş legioner futbolçulardan biri Mario Souza artıq klubda yeni işə başlayıb. Futbolxeber.az-ın məlumatına görə, öz gözəl oyunu, intizamı və kluba məhəbbəti ilə daim seçilən braziliyalı futbolçu bundan sonra “Xəzər Lənkəran”da seleksiyaçı-məşqçi vəzifəsində çalışacaq. Mario ilk iş günündə klubun rəsmi saytına müsahibə verib.
- Mario, öz evinə xoş gəlmisən! Nələr hiss edirsən?
- Tanrıma şükürlər edirəm ki, daha bir arzuma çatdım. Mən cismən “Xəzər Lənkəran”dan ayrılsam da, bütün ruhum komandanın yanında idi. Daim “Xəzər Lənkəran”ın çıxışı ilə maraqlanırdım, buradakı dostlarla əlaqə saxlayırdım. Açığı göyün yeddinci qatındayam və özümü çox xoşbəxt hiss edirəm.
- Cənublu azarkeşlər sənin yolunu həsrətlə gözləyirdilər. Yəqin razılaşarsan ki, bu, həm də əlavə məsuliyyətdir.
- Bu sözlə ifadə olunmayacaq qədər fəxr olunası duyğudur. Düşünün ki, bir neçə ildir bir klubda çıxışını başa vursan da səni azarkeşlər hələ də unutmayıb və səni arzulayır, düşünür və səndən hətta bu gün belə nə isə gözləyirlər. Buna görə də dediyiniz əlavə məsuliyyəti hiss edirəm. Futbolçu kimi “Xəzər Lənkəran”ın uğurlarında necə pay sahibi olmuşamsa, yeni işimdə də sevimli klubuma faydalı olmaq istəyirəm. Öz xarizmam və peşəkar karyeramda qazandığım təcrübəmlə inanıram ki, buna nail olacağam.
- Mario Souza hazırki durumda “Xəzər Lənkəran” üçün nələr etməyi düşünür?
- Bayaq dediyim kimi, müəyyən təcrübəm var və artıq iki ildir ki, menecer kimi fəailiyyət göstərirəm. Çalışacağam ki, “Xəzər Lənkəran”a səviyyəli futbolçuların transfer olunmasına yardımçı olum. Bundan başqa öz təcrübəmi klub rəhbərliyi ilə paylaşıb komandamızın uğura nail olmasına yardımçı olmağı düşünürəm. “Xəzər Lənkəran” rəhbərliyində çox gözəl insanlar toplaşıb və onların komandaya olan dəstəyini futbolçu həmişə hiss edir. Sadəcə hər kəs öz üzərinə düşəni edib meydanda vuruşaraq bu dəstəyin qarşılığını verməlidir. “Xəzər Lənkəran”da klub rəhbərliyi elə bir şərait qurub ki, burada futbolçunun yalnız bir problemi olmalıdır - meydanda “döyüşmək”.
- Yeni transferlər nə vaxt olacaq?
- Vaxt çox azdır. Bu gün klub rəhbərliyi və baş məşçi Con Toşakla birlikdə görüşümüz oldu. Lazım olan mövqelərə transferləri müzakirə etdik. Namizəd futbolçular var və sizə deyim ki, elə futbolçular alınmalıdır ki, bura gələn futbolçu “Xəzər Lənkəran”da oynamağı ürəkdən istəsin, bura gəldikdən sonra hər hansı kiçik problemi özünə dərd etməsin. Belə olduğu halda futbolçudan klub da xeyir görür. Adlar açıqlamaq istəmirəm. Yalnız onu deyim ki, transferlər yaxın günlərdə həyata keçiriləcək.
- Komandanın baş məşqçisi Con Toşakı necə dəyərləndirirsən?
- Con Toşak dünyada tanınmış yüksək səviyyəli mütəxəssisdi. Belə bir məşqçi ilə çiyin-çiyinə işləməyi özümə fəxr hesab edirəm. Onun təcrübəsi komanda üçün olduqca əhəmiyyətlidir. Toşakla birgə sıx şəkildə çalışacağıq. İstənilən addımda əsas olaraq məhz onun fikirləri götürüləcək. Öz sahəmdə əlimdən gələni edəcəyəm ki, baş məşqçiyə köməklik göstərim, onun ideyalarının reallaşmasında yardımçı olum.
- “Xəzər Lənkəran” azarkeşlərinə hər hansı mesajın varmı?
- Onlar həmişə mənim ürəyimdədir. Bu gün komandamız uğursuz qrafik cıza bilər. Amma “Xəzər Lənkəran” azarkeşi elə möhtəşəmdir ki, komandasını tək qoymaz. Belə günlərdə azarkeşi nədəsə qınaya bilməzsən. O, uğur istəyir və bunu gözləyir. Problem komandadadırsa həmin problem həll olunmalıdır. Bununla belə etiraf edim ki, əsl azarkeşdə belə günlərdə bilinir. Uğur, qələbələr zamanı tribunada olmaq, komandanı dəstəkləmək asandır. Qara zolağa düşəndə isə əsl azarkeşə ehtiyacın olur. “Xəzər Lənkəran”ı tək qoymaq olmaz! Hamımız əl-ələ verib “Xəzər Lənkəran”a uğur qazandıracağıq!
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
12.11.2026
11.11.2026
10.11.2026
























