Ölkə futbolu
"Çoxları mənim köklü bakılı olduğumu biləndə təəccüblənir"
Veteran futbolçumuz İqor Ponomaryov "Toplu Bakı" jurnalına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Sizinlə müsahibəmizə ənənəvi sualımızla başlamaq istəyirəm. Özünüzü təqdim edin...
- Mən İqor Ponomaryov, bakılı keçmiş futbolçu. Çoxları mənim köklü bakılı olduğumu biləndə təəccüblənir. Hərçənd mənim əcdadlarım arasında azərbaycanlı olmayıb. Valideynlərim Bakıda anadan olublar. Ana-babalarım Azərbaycana ötən əsrin 30-cu illərində Rusiyada aclıq olarkən gəliblər. Bəlkə də həmin illərdə repressiyalardan sağ qalmaq üçün Xəzər sahillərinə üz tutublar. Biz Yasamalda, Musabəyov ərazisində yaşayırdıq. Adi bir ailədənəm. Anam poçtda, atam zavodda fəhlə işləyirdi. O vaxt hamının ailəsi təxminən bu cür olurdu. Hal-hazırda bacım və anam Azərbaycanda yaşayır.
- Futbolla ilk tanışlığınız necə olub?
- İlk dəfə futbola 8 yaşım olanda getməyə başladım. Atam məni “Spartak” stadionunda Albert (Ələkbər) müəllimin yanına gətirdi. O mənə baxdıqdan sonra, yaşım az olduğu üçün Vaqif Axundovun yanına göndərdi. Vaqif müəllim məni qəbul etdi və mən Tofiq Bəhramov adına stadionun arxasındakı meydançada, məşğul olmağa başladım. Sonra onun bədən tərbiyəsi texnikumunda işləri ilə əlaqədar vaxtı olmadı və məni Ənvər Quliyevə tövsiyə etdi. Onun yanında yavaş-yavaş futbol oynamağa başladım.
- O vaxtkı məhəllənizi necə xatırlayırsınız?
- Çoxmillətli bir məhəlləmiz vardı. Ermənilər, ruslar, yəhudilər və azərbaycanlılar birgə mehriban yaşayırdı. Küçələrimiz çox yaxşı idi. Evimizin yaxınlığında meydança vardı. Çox vaxt orada olurduq. Əksər hallarda özümdən böyüklərə qarşı oynayırdım. Həmişə qonşu məhəllələrlə futbol oynamağa gedərdik. Tez-tez dağlı məhəlləsi ilə oynayırdıq.
- İlk dəfə Azərbaycan milli komandasına dəvət edildiyiniz gün hansı hisslər keçirirdiniz?
- Xatırlamağa çalışacağam. 14 yaşım olardı. İlk dəfə Azərbaycan millisinə düşdüyüm mənə deyiləndə sevincimin hədd-hüdudu yox idi. Bu xəbəri evə çatdırmaq üçün “Spartak” stadionundan Musabəyova elə tələsirdim ki, az qalırdım uçam. Məni özümdən iki yaş böyüklərin arasına almışdılar. 1958-ci illərdə oynayacaqdım. Ertəsi gün məşqə gələndə məşqçim Vaqif Axundov mənə butsı hədiyyə etdi. O qədər ağır idi ki, sanki əsgər botinkası idı. O vaxtlar şuplar əllə vurulurdu. Ona "Neftçibazada" ayaqqabı ustasında şuplar vurdurdum. 1 ay ayaqlarımı əzsə də, sonra açıldı və hər şey qaydasına düşdü. 1974-cü il üçün bu normal idi. Burda söhbət maliyyə tərəfdən getmir. Butsı tapmaq çox çətin idi. Mağazalarda butsı satmırdılar. Butsılar ustalar tərəfindən əllə tikilirdi. İlk “Adidas” butsımı milli komandada oynayanda almışdım. Bu Yuqoslaviya istehsalı ayaqqabını bizə 25 rubla satmışdılar.
- Müsahibələrinizin birində 14 yaşınızda futbolu ataraq frezerovçu olmaq istədiyinizi bildirmisiniz...
- Məhəllədə hamı məni barmaqla göstərirdi. Özümdən razı olmağa başlamışdım. Elə həmin vaxt siqaretə qurşandım. Bir gün Vaqif müəllim bunu gördü və məni yanına çağırıb dedi: Sən yeniyetmələr arasında Azərbaycan millisində çıxış edirsən. Gələcəyin parlaqdır. Siqaret çəkməyi tərgitməsən, səni məşqdən qovacağam. Mən texnikuma daxil olub atam kimi zavodda “frezerovşik” olmaq istəyirdim. Bir müddət məşqlərdən kənar qalsam da, sonra özümə gəldim və məşqlərə davam etdim.
- Azərbaycan millisindən SSRİ millisinə necə dəvət aldınız...
- 14-15 yaşım olardı. Biz milli komanda ilə müxtəlif turnirlərdə iştirak edirdik. “Yunnost” adlı belə yarışların birində SSRİ millisinin məşqçiləri məni, Vasili Kalayarovu və Aleksandr Kormanı bəyəndilər və milliyə dəvət etdilər. Aleksandr cüssəli mərkəz hücimçusu idi. O vaxt hamı onun Banişevskinin əvəzləyicisi olacağını deyirdi. Lakin onun bəxti gətirmədi. Təəssüf ki, bir neçə aydan sonra dizindən zədələndi və karyerasını erkən bitirəsi oldu. 1976-cı ildə üçümüz də SSRİ millisinin heyətində İsveçrədə turnirə yollandıq və qızıl medalları qazandıq. 1978-ci ildə yeniyetmələr arasında Avropa çempionu olduq. Növbəti ildə isə yuniyorlar arasında Avropa birincisi adını qazandıq.
- Avropa çempionu olsanız da, sizin Azərbaycanda məşhurlaşmağınız 1988-ci ildə Seul olimpiadasının qalibi olmağınızla bağlı idi. Olimpiadanın qızıl medallarını qazanarkən hansı hissləri keçirirdiniz?
- Təəssüratlarımı sözlə ifadə etmək çətindir. Hər kəsə belə bir uğuru qazanmaq nəsib olmur. Mən öz taleyimə minnətdaram ki, bu məhz mənim həyatımda oldu. Əvvəla ona görə ki, milliyə çoxlu namizədlər vardı. Milliyə düşməyim də asan başa gəlməmişdi. Olimpiadaya son hazırlıq məqsədi ilə yekun turnirə bir neçə boş mövqeyə namizədləri yoxlayırdılar. Onların arasında mənim də adım vardı. Həmin turnirdə inamlı çıxışım məşqçilərin mənim üzərimdə dayanmasına səbəb oldu. Olimpiadaya yollanacaq komandaya məni də daxil etdilər. İlk oyunumuzu yaxşı xatırlayıram. Biz Cənubi Koreya millisinə qarşı oynayırdıq. İlk onbirlikdə meydana çıxmışdım. Bu matçda dizimdən zədələndim və oyunu sona çatdıra bilmədim. Bundan sonra nəinki oynaya, hətta yeriyə də bilmirdim. İkinci oyunda məndən oynaya biləcəyimi soruşdular. Mən oynaya biləcəyimə əmin olmadığımı desəm də, adımı oyunun protokoluna daxil etdilər. Oyunun ikinci yarısında məşqçi qalxıb isinməyimi tapşırsa da, ayaqlarım sözümə baxmadı. Ağrıdığım üçün oynaya bilməyəcəyimi bildirdim. Uşaqlara kömək edə bilmədiyim üçün çox təəssüfləndim. Əlbəttə, olimpiadada bütün oyunlarda meydana çıxmağı arzu etmişdim. Təəssüf ki, alınmadı. Əsas odur ki, biz olimpiadanın qalibi olduq.
- Futbolçu karyeranızı bitirdikdən sonra məşqçiliyə başladınız. İlk iş təcrübəniz uşaq futbolunda oldu. Bu gün Azərbaycanda uşaq futbolunun sürətli inkişafı fonunda deyiləsi sözünüz yəqin ki var...
- Bəli ilk dəfə İsveçdə uşaq futbolunda məşqçi kimi fəaliyyətə başladım. Bu sahədə böyük təcrübəm var. Azərbaycanda bu istiqamətdə çox işləmək lazımdır. Ən əsası, uşaqların düzgün seçilməsi və onlara düzgün məşq keçilməsidir. Elə etmək lazımdır ki, onların inkişafı dayanmasın. Müəyyən yaş dövrü var ki, həmin ərəfədə uşaqların proqresi dayana bilər. Bu hardasa 13-14 yaşlarından sonra baş verir. Bir çox perspektivli futbolçular bu ərəfədə zəifləyir. Bu inkişaf zəncirinin qırılmaması çox vacibdir. Azərbaycanda bundan çox narahatam. “Bakı” Atletiko Madridlə əməkdaşlığa başlayıb. Artıq “Qəbələ”, “Neftçi” və “İnter” klubları da uşaq futbolu sahəsində böyük işlər görür.
- Sizin fikrinizcə, milli komandalar səviyyəsində konkret nəticələr qazanmaq üçün nə qədər vaxt lazımdır?
- Hafiz müəllimin “Atletiko” ilə bağlı planları ilə tanış olandan sonra bu insana yalnız “afərin” demək qalır. O bütün gücü ilə çalışır ki, futbolumuz inkişaf etsin. Gənc futbolçular yetişsin. Açığı, Avropa və dünya miqyasında milli komandalar formalaşdırmaq üçün 2-3 il kifayət deyil. Hər hansı müəyyən addımlar atılmalıdır. Misal üçün, konkret olaraq 2016-cı ildə Azərbaycanda keçiriləcək Avropa çempionatı üçün heyət hazırlanmalıdır. Onlar sonrakı illərdə öz sözlərini deyəcək və yeni nəsil yaranacaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Kevin Medina millimizin sabiq üzvü ilə komanda yoldaşı oldu - EKSKLÜZİV
- Xarici saytlar AFFA-nın yalanını üzə çıxardı - FOTO FAKT
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi məlumdur
- Dambrauskas Sadıqovu çətin rəqib saymır? - QEYD
- “Kəpəz”in yeni rəhbəri işə başladı, baş məşqçi postuna 2 namizəd - ÖZƏL
- Kanada millisindən tarixi nəticə
- Bu legioner “Qarabağ”dan gedir – Asiyadan sərfəli təklif alıb - ÖZƏL
- “Şəfa”da xaos: rəhbərliklə baş məşqçi arasında ciddi narazılıq yaranıb
- “Dinamo” “Karvan-Yevlax”dan AFFA və UEFA-ya şikayət edə bilər
- Azərbaycan futbolunda heç vaxt heç vaxt demə...
- “Turan Tovuz” “Zenit”in sabiq qapıçısını transfer edir - ÖZƏL
- "Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi
- Dambrauskasa verilən “gic-gic suallar”
- "Qarabağ"ın rəqibi bəlli oldu
- “Sumqayıt”dan ayrılan Saşa İliç bu tanınmış klubu çalışdıracaq
-
11:32
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
“Neftçi” növbəti səs-küylü transferə hazırlaşır
-
10:49
“Fabritsio Romano “Qarabağ”a transferimi paylaşmaqda gecikdi”
-
10:21
Almaniya millisindən geridönüş VİDEO
-
10:04
DÇ-2026: Yaponiya Tunisi darmadağın etdi
-
08:55
Jali Muaddib: “Qarabağ”da ikinci Zubir olmaq istəyirəm”
-
23:59
"Neftçi" yeni mövsümün hazırlıqlarına start verdi FOTOLENT
-
23:43
Rəşad Sadıqov: “Avrokuboklardan imtina etmək istəyirdik”
-
23:24
Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib FOTOLENT
-
22:31
Hüseyn İsmayılovun 70 illik yubileyi qeyd olunub FOTOLENT
-
22:16
Qurban Qurbanov: “Hədəfimiz avrokubokların qrup mərhələsidir”
-
21:05
“Şahdağ Qusar” legioneri ilə müqavilə müddətini uzatdı
-
20:28
"Qarabağ" - "Zirə" oyununda 7 qol vuruldu
-
20:12
"Turan Tovuz" 2 futbolçusu ilə yolları ayırdı
-
19:30
“Neftçi” onunla müqaviləni yenilədi
-
18:56
“Zirə”dən yeni qapıçı transferi
-
17:49
“Xankəndi” məşqçisini göndərdi
-
16:54
“Neftçi”dən yarımmüdafiəçi transferi
-
16:26
“Qarabağ”ın təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
16:03
"Zirə"də gözlənilməz ayrılıq
-
15:41
Rafael Fiziyev Bakıya gəlib
-
14:15
Ronaldinyo karyerasını bərpa edir
-
13:32
Azərbaycanın daha bir taekvondoçusu medal qazanıb
-
13:20
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
12:58
"Şamaxı"nı Bakı klubuna dəyişdi
-
12:07
Türkiyənin məğlubiyyəti VİDEO
-
11:49
Futzal millimizin baş məşqçisi: “Cəsarətli və əzmkar olmaq lazımdır “
-
11:16
Braziliya millisindən 3 qollu qələbə VİDEO
-
10:34
DÇ-2026: Türkiyə millisi antirekorda imza atdı
-
10:21
Azərbaycan klublarının yay transferləri (Yenilənir)
-
09:53
Türkiyə - Paraqvay oyununun ən yaxşısı o seçildi
-
09:05
DÇ-2026: Türkiyədən erkən vida
-
23:55
Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub
-
22:48
3 boksçumuz Dünya Kubokunun yarımfinalında
-
21:24
PFL onları mükafatlandırdı
-
21:00
"İmişli"də 5 ayrılıq
-
20:17
"Neftçi" Rezabala ilə vidalaşdı
-
19:39
"Sheki Open 2026" Beynəlxalq Şahmat Festivalının təntənəli açılış mərasimi keçirilib
-
18:53
Premyer Liqada ilk turun təqvimi açıqlandı
-
18:26
Tahir Abdullayevin Bakıda keçiriləcək UFC-də iştirakı təsdiqlənib
-
17:42
Argentina millisinin üzvü DÇ-2026-nın ən yaraşıqlısı seçildi: Ronaldo 45-ci oldu
-
17:01
"Şəfa" onunla yeni müqavilə imzaladı
-
16:36
Avropa Gimnastikasının XXXII Konqresi 2027-ci ildə Bakıda keçiriləcək
-
16:15
Azərbaycanlı şahmatçı Maqnus Karlsenə qalib gəldi
-
15:58
Emin Kürdov: “Normal qrupa düşmüşük”
-
15:44
"Araz-Naxçıvan" xorvatiyalı müdafiəçi transfer etdi
-
15:29
DÇ-2026: Neymar yenə meydana çıxmayacaq
-
15:00
Dambrauskas: “Rəqibin kimliyi əhəmiyyətli deyil”
-
14:33
Millimizin rəqibləri müəyyənləşdi
-
14:16
"Böyük Dəbilqə": Balabəy Ağayev finalda dünya çempionunu məğlub etdi
21.06.2026
20.06.2026
19.06.2026























