9 Avqust 2026, Bazar günü
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Ölkə futbolu

"Qarabağ" - "Şaxtyor" oyununun başlama saatı açıqlandı

Antalyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ"ın "Şaxtyor"la yoxlama oyununun başlama saatı məlum olub.

Futbolxeber.az saytının məlumatına görə, yanvarın 26-da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 12:00-da başlayacaq. Görüşün yeri barədə isə hələlik məlumat yoxdur.

Qeyd edək ki, "Şaxtyor"la oyun "Qarabağ"ın Antalyada sonuncu yoxlama matçı olacaq. Ağdam klubu yanvarın 23-də isə Polşa "Piast"ı ilə üz-üzə gələcək. Qurban Qurbanovun komandası buna qədər keçirdiyi sınaq matçlarında Macarıstanın "Uypeşt" klubuna 0:1 hesabı ilə uduzub, Çexiya təmsilçisi "Bohemians"a isə qalib gəlib - 3:1. Rumıniya "Botoşani"si ilə matç isə güclü yağışa görə təxirə salınıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31