1 Oktyabr 2026, Cümə axşamı
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Azərbaycan Lixtenşteynə qarşı
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Ölkə futbolu

"Keşlə" Kosovo millisinin üzvünü dəvət etdi

Antalyada ikinci yarının hazırlıqlarını davam etdirən "Keşlə" baxışa yeni futbolçu dəvət edib.
 
Futbolxeber.az saytının məlumatına görə, söhbət albaniyalı yarımmüdafiəçi Merqim Brahimidən gedir. 
 
26 yaşlı futbolçu bu gün paytaxt klubunun heyətində Özbəkistanın U-23 komandasına qarşı yoldaşlıq matçında meydanda olub. Onunla bağlı qərarı baş məşqçi Tərlan Əhmədov verəcək.
 
Qeyd edək ki, İsveçrənin "Qrashoppers" klubunun yetirməsi olan Brahimi adıçəkilən ölkənin "Arau", "Vohlen" klublarında da çıxış edib. Onun son klubu Yunanıstan "Panionios"u olub. Yarımmüdafiəçi İsveçrənin U-21, Albaniya və Kosovonun əsas yığmalarında çıxış edib. Ancaq Brahimi Kosovonun heyətində rəsmi oyun keçirə bilməyib. Bunun üçün FIFA-nın razılığı lazımdır. Bu səbəbdən də Merqim Albaniya millisinin üzvü sayılır.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31